"Dodo müqaviləsini klubun istədiyi müddətə artırmağa hazırdır"
"Dodo "Xəzər Lənkəran"la oyunda meydana çıxmağı çox istəyirdi. Amma oyunöncəsi məşqdə zədə özünü göstərdi". Stadium.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qəbələ" klubunun baş meneceri Zaur Əzizov komandanın üzvü Dodonun vəziyyətinə aydınlıq gətirərkən deyib.
Hazırda "qırmızı-qaralar"ın braziliyalı aparıcı üzvünün fərdi məşq etdiyini söyləyən Z.Əzizov yarımmüdafiəçinin 4-5 gün ərzində komanda ilə birgə məşqlərə qoşula biləcəyini söyləyib: "Hər bir futbolçunun zədəsi bizi narahat edir. Deməzdim ki, Dodo zədəyə meyllidir. Mövsümün ilk yarısında xeyli ağır oyunlar oldu. Fikrimiz odur ki, əlimizdə olan futbolçulardan maksimum yararlanaq. Hazırda plan üzrə işləyirik. Dodo tezliklə komandaya qoşulacaq".
Baş menecer 29 yarışlı oyunçunun yayda "Qəbələ"dən gedəcəyi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: "Dodo "Qəbələ"də qalmağı çox istəyir. Biz komanda ilə mütəmadi görüşür və danışırıq. Bu mövzuda klub o qədər də tələsmək istəmir. Deyirlər ki, Dodo artıq klub tapıb və gedir. Amma o, müqaviləsini klubun istədiyi müddətə artırmağa hazırdır".
"Qəbələ" rəsmisi komandadan göndəriləcək futbolçularla bağlı hələ heç bir qərar verilmədiyini bildirib: "Hazırda bizim üçün mövsümün ən önəmli dönəmidir. Futbolçuların seçimi ilə klubun seleksiyaçıları məşğul olur. Onlar mövsüm ərzində bu işi görürlər. Çempionatın sonları olduğu üçün bütün diqqətimizi qarşıdakı çempionat və kubok oyunlarına yönəltmişik. Mövsümü başa vurduqdan sonra futbolçularla bağlı işlər görüləcək".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |