Zaur Əzizov: "Bu məsələ ilə bağlı geniş danışmağa ehtiyac yoxdur" - MÜSAHİBƏ

28.04.2016 | 3282 dəfə oxunub

AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi  "Qəbələ" ilə bu klubun sabiq futbolçusu Ruslan Əmircanov arasındakı məsələyə baxıb. Komitənin qərarına əsasən, “Qəbələ” sabiq futbolçusuna onun iddia etdiyi məbləğin üçdə birini (40 min dollar) ödəməlidir. Klubun baş meneceri Zaur Əzizov bununla bağlı müsahibə verib: 

- Sabiq futbolçunuz Ruslan Əmircanov klubun ona 120 min  ABŞ dolları borcu olduğuna dair iddia qaldırsa da, yalnız 40 min dollar ödəyəcəyinizlə bağlı qərar çıxarıldı. AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin “Qəbələ” ilə bağlı qərarına münasibətiniz necədir?

- Bu məsələ ilə bağlı geniş danışmağa ehtiyac yoxdur. Klub olaraq, daha öncə də bəyan etmişik ki, müqavilə üzrə öhdəliklər yerinə yetirilib. Bu səbəbdən futbolçunun iddialarını qəbul etmirik. Kağız üzərində qurumun verdiyi qərar bizim lehimizə görünə bilər. Yəni çıxarılan qərara əsasən məbləğin yalnız bir hissəsi futbolçuya ödəniləcək. Amma biz bununla da razılaşmırıq.  Klub imzalanan bütün müqavilələrə hörmətlə yanaşır, sənəddə qeyd olunanlara əməl edir. Bu səbəbdəndir ki, “Qəbələ”nin adı heç vaxt bu kimi məsələlərdə hallanmır.

- Futbolçunun nümayəndəsi mətbuata açıqlamasında klub üzərində qələbə qazandığını bildirib.

- Əgər iddianın az hissəsinin təmin olunmasını qələbə kimi görən varsa, nəsə deyə bilmərəm. Sual oluna bilər ki, bəs niyə öncədən daha yüksək bir iddia qaldırmışdınız? “Qəbələ” klubu müqavilə müddəti ərzində öz futbolçusunun da hüququnu kifayət qədər qoruyur. Kimsə məsələdən qəhrəman obrazı da yaratmasın. Bəzən deyirlər ki, yerli və xarici futbolçuların müqavilələri fərqlənir və ya yerlilər öz hüquqlarını qoruya bilmirlər. Mən klubumuz adından deyə bilərəm ki, əgər belə bir hal varsa,  Əmircanov necə federasiya qarşısında iddia qaldırır? Hər halda, lazımi sənədləri təqdim edə bilməsən, mümkün deyil ki, AFFA-nın müvafiq qurumu bu məsələyə baxsın. Deməli, klub və futbolçu arasında bütün müqavilə öhdəlikləri, yerinə yetirilmiş və yetirilməmiş məsələlər sənəd üzərində var ki, federasiya bu məsələyə baxır. Ona görə də, kimsə, klubların yerli futbolçulara ikili münasibət göstərdiyini deməsin. Onsuz da, istər yerli istər legioner futbolçuların klubumuz haqda yalnız müsbət düşüncələrinin olduğunu bilirik. Bir neçə insan ictimaiyyətin fikrini dəyişə bilməz. 

- Ruslan Əmircanovun müqaviləsində olan bütün öhdəliklər təmin edilmişdi?

- Əlbəttə. Klub üçün Ruslan Əmircanovla hansısa başqa bir futbolçu arasında fərq yoxdur. Müqavilə şərtlərinə hər iki tərəf əməl etməlidir. Ruslan bizim futbolçumuz olub, klubumuzun formasını geyinib, bir mövsüm bərabər olmuşuq. Ruslan özü də deyə bilməz ki, klub futbolçular arasında ayrıseçkilik edir. Yaxud deyə bilməz ki, mövsüm ərzində hansısa bir dönəmdə klub tərəfindən laqeyd münasibət olub. Məsələ tək Ruslandan getmir, heç bir futbolçu deyə bilməz.

- “Qəbələ” AFFA-nı qərarına 15 gün ərzində etiraz edə bilər. Bu hüquqdan istifadə olunacaq?

- Düzdür, iddia olunan rəqəmlə, verilən qərar arasında böyük fərq var, bununla belə, çıxarılan qərarla razı deyilik. Ancaq apelyasiya şikayəti verib-verməyəcəyimizi deyə bilmərəm. Klub daxilində müzakirələr apardıqdan sonra bununla bağlı qərar verəcəyik.

- Ruslan Əmircanov “Qəbələ”də cəmi 8 oyunda meydana çıxıb. Daha öncə klubdan açıqlama verilmişdi ki, müqaviləsinin bitməsinə bir neçə gün qalmasına baxmayaraq, klub futbolçunun İtaliyada əməliyyat olunması ilə bağlı bütün xərcləri üzərinə götürdü. Futbolçu bu amilləri nəzərə almadı?

- Bu futbolçuya aid olan sualdır, amma məsələ artıq federasiya tərəfindən aydınlaşdırılırsa, sualın cavabı bəllidir. O ki qaldı müqavilə başa çatmasına baxmayaraq, əməliyyatın klub tərəfindən ödənilməsinə, “Qəbələ”də bu ilk belə hal deyil. Təki futbolçular zədələnməsin amma əminəm ki, gələcəkdə belə hal yaşanarsa, klub yenə də eyni addımı atacaq. Burda fərqi yoxdur, Ruslan zədə alıb və ya bir başqası. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail