Bir dön bizim “Bakı"ya bax... - KÖŞƏ

28.04.2016 | 3715 dəfə oxunub

Təqdimata-filana ehtiyacı olmayan Səməd Vurğun bu sözləri Bakı haqqında demişdi. Daha doğrusu, illər ötməsinə rəğmən dillərdən düşməyən, yaddaşlardan itməyənAzərbaycan" şeirində paytaxtımızı da vəsf eləmişdi. Görünür, elə o vaxtlar da baş kəndimizin yaraşığına fikir verirmişlər.

Elə günü bu gün sökülə-sökülə tikilən, tikilə-tikilə sökülən Bakıda baxmalı çox şey var. Amma bu yazı Bakı haqqında olmadığından paytaxtımızın gözəlliyi, arada-barada bu gözəlliyə xələl gətirən məsələlər barədə çox dərinə getməyə ehtiyac yoxdur. Bakı həmişə gözümüzün qabağındadı, qaçmır ki...

Bu dəfəBakı" haqqında yazmaq daha yerinə düşər, çünki paytaxtın adaşı sürətlə geriyə doğru qaçır. Asta-asta biz tərəflərə bəd xəbərlər göndərməkdə usta olan FİFA o gün, yəni gözəl bir yaz səhərində bu klubun olan-qalan xallarını da silib qurtardı. “Bakı" da istisinə qızınmayıb tüstüsünə kor olduğu legionerlərin badına getdi. Vaqonla gəlib eşalonla gedən belə legionerlərdən kim yarıdı ki? BəlkəXəzər Lənkəran", “İnter", “Qəbələ" dağ üstə dağ qoydu görmədik, ya bəlkəNeftçi" günə çıxdı xəbərimiz olmadı? Səviyyəli-səviyyəsiz əcnəbiləri biz tərəflərə gətirib çoxüzlü müqavilələrə barmaq basıb sonra da bal tutub barmaq yalayanlar çəkilib durublar kənarda. Klublarımız isə FİFA-danqara kağız" almaq üçün növbəyə düzülüblər.

Hamının yerinə deyə bilmərəm, amma mənimBakı"nın indiki halına gerçəkdən ürəyim ağrıyır. Hafiz Zeynal Məmmədov qardaşlarının malı-pulu ilə yaranan bu klub milli çempionatımıza əməlli-başlı rəng qatırdı. Klub titul da qazanırdı, pis-yaxşı Avropadakı stadionlarda da top qovurdu. Düzdür, aradafair-play" qaydalarını ayaq altına atıb Azərbaycan kubokunu da ələ keçirdi. İndiki məqamda həmin məsələnin üzərində çox dayanmağa gərək görmürəm... Umu-küsünü kənara qoyubBakı" bu acınacaqlı durumdan çıxarmağın yollarını axtarmaq bəlkə elə ən doğru yoldur.

Son vaxtlar yolum bir neçə dəfəBakı"nın Biləcəridəki bazasında düşüb. Köhnə dostum, “Bakı"nın beşiyini yırğalamış, klubun ayaq üstə durması üçün çox əziyyətlər çəkmiş Yaşar Seyidovla üzbəüz oturub söhbətləşmişik. Hər dəfə Yaşar bəyiBakı"nın indiki durumdan çıxarmaq üçün göstərdiyi fədakarlıqdan heyrətlənmişəm.

Bir vaxtlar bazada metro jetonu atanda yerə düşmürdü, “Klubun işçisiyəm"- deyənlərin sayı BMT-nin Nyu-Yorkdakı baş ofisində çalışanlardan çox idi. İndi...

Bakı" klubunun 300-dən çox uşağa bu idman növünün əlifbasını öyrədən Futbol Akademiyası bəlkə son günlərini yaşayır. Yaşar Seyidovun rəsmi qurumların, aidiyyəti olan olmayan təşkilatların qapısında çaldığı həyəcan təbili heç kimin vecinə deyil. Görünür, Azərbaycanda hər evdə bir futbol ulduzu yetişdiyindənBakı"nın Futbol Akademiyasının durumu sabahı ilə maraqlanmaq istəmirlər. Dostum deyir ki, belə getsə, beynəlxalq təşkilatlara yazacam.

Vallah, beynəlxalq qurumların dilini bilmədiyimdən indidən nəsə deməyə çətinlik çəkirəm. Məni düşündürən bizimkilərdi. Bir vaxtlar Hafiz Zeynal Məmmədovlara salam vermək üçün min bir oyundan çıxanlar, ortada kəndirbazlıq edənlər, “Bakı"nın heyətində uğur para qazananlar, klubun hesabına Çexiyadan vurub Slovakiyadan çıxanlar niyə indiki ağır durumda mənəvi dəstəklərini belə çox görürlər?

Bizdə uşaq futbolunun inkişafından söz yazıb dastan bağlayanların səsi niyə eşidilmir? Günlərin birindəBakı"nın Futbol Akademiyasının qapısından yekə bir qıfıl asılsa, bəs, onda deyəcəksiniz? Akademiyada top qovan 300 uşağın alqışını qazanmaq üçün bundan yaxşı fürsətmi var?

Futbol ulduzu olmaq arzusu ilə böyüyən balaca futbolçuların qarğışına tuş gəlmək istəmirsinizsə, konkret bir addım atın. Siz bilən alqış qazanmaq yaxşıdı, yoxsa qarğış...

Etibar CƏBRAYILOĞLU

“Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail