"Xəzər Lənkəran"ın antirekord seriyası qırıldı

21.05.2016 | 6543 dəfə oxunub

 Premyer Liqanın 36-cı turunda “Rəvan”la qarşılaşan “Xəzər Lənkəran”ın məğlubiyyət seriyası qırılıb. Stadium.Az xəbər verir ki, son 12 oyunda məğlub olub, klub tarixinin antirekordunu müəyyənləşdirən Lənkəran təmsilçisi səfər matçında 1 xal qazanıb – 2:2. 

Cənublular bunadək sonuncu xalını 23-cü turun “Qəbələ” ilə fevralın 27-də keçirilən səfər matçında qazanıb. 83 gündən sonra xal əldə edən “Xəzər Lənkəran” ölkə çempionatlarının 24 illik tarixində ən uzun məğlubiyyət seriyalarından birinin müəllifi olub. Bu göstəricidə antirekord “Şəfa”ya məxsusdur. Paytaxt klubu ardıcıl 28 görüşdə uduzub. “Şəmkir” 15, MOİK-lə “Energetik” (Şirvan) 14, “Bakılı” və “Neftqaz” 13 tur xala həsrət qalıb. “Xəzər” (Sumqayıt), “Gənclərbirliyi”, MOİK və “Avtomobilçi”nin 12 oyundan ibarət məğlubiyyət seriyası qeydə alınıb.

Ötən il noyabrın 2-də 11-ci tur çərçivəsində keçirilən “Rəvan”la səfər oyunundakı 1:0 hesablı qələbədən sonra qalib gələ bilməyən “Xəzər Lənkəran”ın bu seriyası 25-ə çatıb. Bu, ölkə çempionatları tarixində 5-ci nəticədir. “Şəfa” 33, “Bakı” 32, “Energetik” (Şirvan) 28, “Göyəzən” 27 oyun qalib gəlməməklə daha uğursuz seriyalara imza atıb.

PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail