"Qəbələ" Avroliqa oyunlarını Bakıda keçirəcək

28.05.2016 | 3232 dəfə oxunub

Qəbələ” Avropa Liqasında ev oyunlarını doğma stadionda keçirə bilməyəcək. 

Stadium.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu barədə məlumat verən klubun baş meneceri Zaur Əzizov avrokuboklarda rəqiblərini Qəbələdən kənarda qəbul etməli olacaqlarını bildirib.
 
Bu, ötən mövsümdə olduğu kimi Bakıda olacaq. Ancaq "Qəbələ” bu dəfə elə ilk təsnifat mərhələsindən paytaxtda oynamalı olacaq: 

"UEFA-nın Qəbələ şəhər stadionunda tribunalarla bağlı qadağı üzündən orada çıxış edə bilməyəcəyik. Əslində, qadağa o şəkildədir ki, hərəkət edən həmin tribunalarda tamaşaçı olmasın. Bu da öz stadionumuzda az adamın olması deməkdir. Ona görə də Bakıda oynamağı daha məqsədəuyğun saydıq”.
 
"Qəbələ” ötən mövsüm Tiflis "Dinamo”suna öz stadionunda qalib gələrək tarixində ilk dəfə avrokuboklarda mərhələ adladıqdan sonra paytaxta üz tutub. Halbuki, həmin tribuna qadağası olmasaydı, "qırmızı-qaralar”ın ilk 2 təsnifat mərhələsinin oyunlarını orada keçirməsi nəzərdə tutulmuşdu. 

"Qəbələ” "Bakcell Arena”da təkcə 3 təsnifat mərhələsi yox, qrup matçlarını da keçirdi. Ancaq onda "Neftçi” Avropa Liqasında artıq mübarizəni dayanırdığından həmin stadion boş idi. Bu dəfə isə "ağ-qaralar” Avropa Liqasında təmsilçilərimizdən biridir. Əzizov isə bildirib ki, "Bakcell Arena” variantlardan biridir:

"Bakıdakı digər stadionları da nəzərdən keçiririk. Hələ yekun seçimi etməmişik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail