“Formula 1” yarışmasının Azərbaycanda keçirilməsinin böyük əhəmiyyəti var”.

18.06.2016 | 3481 dəfə oxunub

"Ötən gündən Azərbaycan növbəti beynəlxalq və əhəmiyyətli yarışmaya ev sahibliyi edir. "Formula 1” yarışmasının Azərbaycanda keçirilməsinin böyük əhəmiyyəti var".

Stadium.Az saytına açıqlamasında bu fikirləri Alpaqut Federasiyasının prezidenti Aqil Acalov deyib.

O, əlavə edib ki, yarışmanın Azərbaycanda təşkil olunması ilk növbədə Azərbaycanın nüfuzunu göstərir və dövlətimizə olan etimadla bağlıdır:

"İdman həm də bir siyasətdir. Belə beynəlxalq səviyyəli populyar idman yarışları harada keçirilirsə, dünyanın diqqəti də ora yönəlir. Bu baxımdan da “Formula1”in Bakıda keçirilməsi dünyanın diqqətinin burada olacağı anlamına gəlir. Belə olan halda həm də xarici media Azərbaycanla bağlı xəbərlərə üstünlük verir ki, bu da ölkənin təbliğatı üçün böyük strateji əhəmiyyət daşıyır. Eyni zamanda yarışın yüksək səviyyədə təşkil olunması Azərbaycanın imicini daha da möhkəmləndirir. A.Acalov əlavə edib ki, yarış ölkənin tanınması həm də iqtisadi sahədə irəliləyişlər üçün dividentlər qazandırır: Yarışmanın televiziyada izləyən əcnəbilər Azərbaycanı daha yaxından görmək istəyir ki, bu da yaxın perspektivdə ölkəyə turistlərin cəlb edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin yarışmaya gələn və hazırda Azərbaycanda olan turistlərin özləri də Azərbaycan iqtisadiyyatına töhvə verirlər. A.Acalov bu yarışmanın əhəmiyyəti olmadığını deyənləri də sərt tənqid edib: Bu cür yarışmaların burada təşkil olunması Azərbaycanın uğurudur. Ona görə də hesab edirəm ki, yarışma ilə bağlı yalnız qara düşünənlər ya məsələdn xəbərsizdir, dünyada gedən proseslər haqqında informasiya qıtlığı yaşayır, ya da ki buna qərəzli yanaşırlar. Yəni Azərbaycanın uğurunu həzm edə bilmirlər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail