“Neftçi”nin 9-cu biabırçılığı

22.08.2016 | 4982 dəfə oxunub

Azərbaycan Premyer Liqasının III turunun “Qarabağ”la oyununda darmadağın olan “Neftçi” Azərbaycan çempionatları tarixində 9-cu dəfə azarkeşlərini böyük hesablı məğlubiyyətə üzüb.

Stadium.Az xəbər verir ki, “Əlincə Arena”da 3 cavabsız qol buraxan paytaxt təmsilçisi bunadək 8 dəfə üç və ya daha çox top fərqilə yenilmişdi. 

1992-ci ildən güclülər dəstəsində çıxış edən “ağ-qaralar” 2016-cı ildə 2-ci dəfədi 0:3 hesabına məyus olur. Yarım il əvvəl bakılılara belə zərbəni o vaxt Premyer Liqanın debütantı olan “Zirə” vurmuşdu. Paytaxt klubu 7 dəfə 3, 2 dəfə 4 top fərqi ilə yenilib. Bütün çempionatların iştirakçısını ən çox məyus edən “Qarabağ”dı. Ağdamlılar artıq qəniminə çevrildiyi 8 qat ölkə çempionunu 3-cü dəfə darmadağın edir. “Neftçi” 3 top fərqilə yaşadığı bu üç biabırçılıqla son 5 il 3 ayda üzləşib. “Bakı”nın 2 dəfə böyük hesabla məğlub etdiyi “ağ-qaralar” “İnter”, “Qəbələ”, “Xəzər” və “Zirə” ilə qarşılaşmalarda da ağ bayraq qaldırıblar.


“Neftçi”nin Azərbaycan çempionlarında yaşadığı böyük hesablı məğlubiyyətlər


03.07.1992 “Xəzər” (Sumqayıt) – “Neftçi” (Bakı) - 3:0

20.10.2007 “Bakı” – “Neftçi” (Bakı) - 5:1

13.05.2011 “Qarabağ” (Ağdam) – “Neftçi” (Bakı) - 3:0

11.03.2012 “Qəbələ” – “Neftçi” (Bakı) - 4:1

31.08.2013 “Bakı” – “Neftçi” (Bakı) - 3:0

28.02.2014 “Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam) - 1:4

08.05.2014 “İnter” (bakı) – “Neftçi” (Bakı) – 4:0

27.02.2016. “Zirə” (Bakı) – “Neftçi” (Bakı) – 3:0

21.08.2016. “Qarabağ” (Ağdam) – “Neftçi” (Bakı) – 3:0



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail