Xetaq Qazyumov: "Gümüşü özüm üçün uğurlu nəticə saymıram"

24.08.2016 | 3701 dəfə oxunub

Xetaq Qazyumov: "Finalda taktiki səhv etdim"

"Finalda dönüş yaratmağa tam ciddi şəkildə hazır idim. Ancaq yəqin ki, taktiki səhv etdim. Kiçik səhvim oldu ki, rəqibin ayağımdan tutmasına imkan yaratdım. Bu, mübarizənin taleyini həll etdi".

Stadium.az xəbər verir ki, bu fikirləri Braziliyadan Vətənə qayıdan "Rio-2016" Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə gümüş mükafatçısı Xetaq Qazyumov bildirib.

O, olimpiadanın gümüş mükafatçısı olmasını özü üçün uğursuz nəticə saydığını söyləyib:

"Rio-2016"ya yalnız qızıl medal qazanmaq üçün yollanmışdım. Bildiyiniz kimi, bundan öncəki 2 olimpiadada bürünc medalçı olmuşdum. Çempion ola bilmədiyimə görə çox məyusam. Ancaq nə etmək olar, bu idmandır, güləşdir".

Qazyumov gələcək karyerası, yenidən olimpiadada çıxış etməsinin mümkünlüyü ilə bağlı bunları bildirib:

"İstirahət edib yaxşı düşünməyim lazımdır. Bu qərar tez-bazar, asanlıqla verilmir. İdmanda uzun yol keçən karyeram olub. Bir sözlə deyə bilmərəm ki, artıq indidən qərarımı vermişəm. Yaxşıca fikirləşəcəyəm, ölçüb-biçəcəyəm. Bundan sonra yekun qərarımı açıqlayacağam".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail