Qurban Qurbanov: "Mən bunu qazanc hesab edirəm" - MÜSAHİBƏ
Azərbaycan Premyer Liqasının VI turunun
oyununda “Qarabağ” səfərdə “Kəpəz”lə 1:1 hesablı heç-heçə etdi. Stadium.Az xəbər
verir ki, oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin
suallarını cavablandırıb:
- Yaxşı mübarizəli oyun oldu. Baxmayaraq ki,
baxımlı futbol oynamağa imkan olmadı. Çünki stadionun durumu istədiyimiz
futbolu sərgiləməyə mane olurdu. Futbolçularımdan razı qaldım. Gəncə səfəri həmişə
ən ağır səfərlərindən biri olur. Bu gün belə azarkeş qarşısında oynadıq. Məğlub
da ola bilərdik. Baxmayaraq ki, qalib də gələ bilərdik.
Xalımızın üstünə xal gəlirsə, mən bunu qazanc
hesab edirəm. Çətin səfər idi. Bu xal bizim üçün mövsümün sonunda çox uğurlu
ola bilər.
- Belə stadionlar
futbolçuların zədələnməsinə səbəb olur. Nə yaxşı bu oyunda ehtiyatlı
davranmadız?
- Əvvəlki oyunlarda istirahət vermişdik.
Stadionun bu qədər bərbad olacağını güman etmirdim. Adətən bu fəsildə stadion
yaxşı olur. Ancaq dünənki bərk yağış stadionun durumun pis vəziyyətə salıb.
- Arif
Daşdəmirovun oyunundan razı qaldızmı?
- Razı qaldım. Hər şey normal idi. Bu
meydançada səhvlər qaçılmaz idi. Çox futbolçularda səhv oldu. Əsasən ilk hissədə
çox qayda pozduq. Rəqib doğma meydanda oynayırdı və topla yaxşı davranırdılar,
fiziki gücləri də çoxdur.
- “Fiorentina”
səfərindən nə gözləyirsiz?
- Çalışacağıq ki, xal qazanaq. Səfərdən sərfəli
nəticəylə dönməyə çalışacağıq.
- Dino Ndilovunun oyunundan razısız?
- Bəli, razıyam. O, komandaya uyğunlaşmağa çalışır.
Qol da vura bilərdi. Hücumçuya xas xüsusiyyətlər var onda.
- Milli komanda
oktyabrın 3-də toplaşır. “Qarabağ”ın isə2-si oyunu var. Futbolçuların istirahətiylə
bağlı millinin baş məşqçisi Prosineçkiylə söhbətiniz olacaq?
- Xeyir, olmayacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |