Tahir Gözəl: "Burda bacardıqsa, rəqib meydanında da bunu edəcəyimizə inanırıq"

21.10.2016 | 3026 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsi çərçivəsində üçüncü oyununa çıxan “Qarabağ” ilk qələbəsini PAOK üzərində qazandı - 2:0. Stadium.Az xəbər verir ki, oyundan sonra klubun prezidenti Tahir Gözəl jurnalistlərin  suallarını cavablandırıb:

- Qələbədən sonra matçı şərh etmək çətin olmamalıdı...

- “Qarabağ” çox gözəl çıxış etdi. Əks-hücumlar qurduq, rəqibə özünü bir anlıq olsun belə rahat hiss etməsinə imkan vermədik. Üzərimizə gələ bilmədilər. Bu oyunu biz haqq etmişdik, qələbəyə layiq idik, bunu da əldə etdik.

- Qolların fasilədən sonra vurulması həyəcan yaratmadı?

- Uşaqlar çox çalışdı, epizodlar da yaratdılar. Matçın əvvəlində bir epizod oldu, Muarem Muraem qol vurmalı idi.

- Həmin epizodda hansı hissləri keçirdiniz?

- Onun həmin epizodu qaçırması bizi çox hirsləndirdi. PAOK zəif rəqib deyil, bu gün Avropa Liqasında mübarizə aparan iddialı komandalardandı. Sonradan qolların ard-arda gəlməsi bizi xeyli rahatlaşdırdı.

- Reynaldo və Miçelin yoxluğu, Rəşadın isə meydana zədəli çıxması sizdə bir narahatçılıq yaratmışdımı?

- Əlbəttə, stress var idi. Ancaq Rəşad müdafiədə canla-başla sona qədər mübarizə apardı, zədəli olduğunu hiss etdirmədi. Üstünlüyümüzü sona qədər qoruya bildik.

- 2 həftədən sonra PAOK-la yenə, amma bu dəfə səfərdə qarşılaşacaqsınız. Yunanıstandan xalla dönmək üçün əlavə nə etmək lazımdı?

- Artıq rəqibimizin oyunu ilə tanış olmuşuq. Klub prezidenti Abdulbarı bəyin də dediyi kimi, səfərə əmin gedirəm. Burda bacardıqsa, rəqib meydanında da bunu edəcəyimizə inanırıq.

- Püşkdən sonra hər kəs “Qarabağ”ın bu qrupdan çıxmağa bir növ borclu olduğunu düşünürdü. Amma ilk iki oyun bir qədər ümidləri azaltdı...

- Məncə, böyük şansımız var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail