"Qarabağ" UEFA reytinqində 5 pillə irəlilədi

21.10.2016 | 5012 dəfə oxunub

Avrokubokların qrup mərhələsinin III turunun oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb. Stadium.Az xəbər verir ki, Çempionlar Liqasının 16, Avropa Liqasının 24 qarşılaşması siyahıda müəyyən dəyişikliklərə səbəb olub.

Siyahıda Azərbaycanı təmsil edən 7 klub da var. Ən yaxşı nəticə “Qarabağ”a məxsusdu. Ağdamlılar 15,9800 xalla 110-cu yerdə qərarlaşıb. Təmsilçimiz Avropa Liqasının qrup mərhələsinin III turunda PAOK üzərində qazanılan 2:0 hesablı qələbə ilə 5 pillə irəliləyib.

9,700 xala malik “Neftçi” isə geriyə doğru 3 addım atıb. Bakılılar 159-cu pillədədi. Hesabında 7,700 xal olan “Qəbələ” 179-cu yerdən 181-ciyə enib. Buna komandanın “Sent-Etyen”lə görüşdə xal qazana bilməməyi səbəb olub – 0:1.

220-ci yerdə qərarlaşan “İnter”in 5,950 xalı var. Lixtenşteyn “Vaduts”u ilə eyni - 4,450 xala malik “Xəzər Lənkəran” 280-ci yerə şərikdi. Digər komandalarımızdan “Kəpəz” (3,950) 301-ci, “Bakı” (3,700) 309-cudu.

İspaniya “Real”ının (150,342) başçılıq etdiyi siyahıda “Bavariya” (Almaniya) 139,213 xalla 2-ci, “Barselona” (İspaniya) 136,342 xalla 3-cü pillədə qərarlaşıb. Ümumilikdə isə siyahıda 453 komanda yer alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail