Ruslan Abışov: "Klub prezidenti hər şeyin yaxşı olacağını deyirsə..." - MÜSAHİBƏ

06.01.2017 | 5256 dəfə oxunub

Bakının "İnter" klubunun yarımmüdafiəçisi Ruslan Abışovun müsahibəsi:

- İndi istirahəti başa vurub məşqlərə başladınız. Çempionatın qalan hissəsindən nə gözləyirsiniz?

- Bir həftədən sonra artıq məşqlər üçün darıxırdım. Yeni İli yaxşı qarşıladım. Düşünürəm ki, bu gündən sonra yaxşı çalışıb mövsümü iddialılar sırasında başa vurmalıyıq. Ən azı, ilk "3-lük"də qərarlaşmalıyıq. Amma imkan daxilində çempionluq uğrunda mübarizə aparacağıq. Geridə qalan hissədə bəzi oyunlarda son dəqiqə qolları ilə xal itirdik. Amma qalan müddətdə belə səhvlər etməməliyik.

- "İnter" FİFA tərəfindən tətbiq olunan transfer qadağasına görə güclənə bilmədi. Bu amil komandanızın gələcək çıxışlarına necə təsir edəcək?

- Düzdür, biz də istərdik ki, komandaya yaxşı oyunçular dəvət olunsun. Amma qərar verilib və bununla barışmaq lazımdır. Bu heyətlə sona qədər mübarizə aparacağıq. Çox yaxşı heyətimiz, futbolçularımız var. Belə kollektivlə ən azı Avropa Liqasına vəsiqə qazanmaq olar.

- Bir müddət əvvəl kluba yeni prezident təyin olundu. Rəhbərliklə görüşmüsünüz, futbolçulara nə vəd olundu?

- Futbolçuların da öz problemləri var. Bizdə də sual doğuran məqamlar olur. Ancaq klub prezidenti görüşdə hər şeyin yaxşı olacağını, mövsümün sonuna qədər heç bir problemin yaşanmayacağını bildirdi. Klub prezidenti hər şeyin yaxşı olacağını deyirsə, futbolçu rahat məşqini edib, oyuna çıxa bilər. Bu, ən böyük şərtdir.

- Ötən ili 3-cü pillədə başa vurdunuz və ikinci pillədəki "Qəbələ"dən 6 xal geri qalırsınız. Qalan 14 turda nəyə ümid etmək olar?

- "Zirə"dən son dəqiqələrdə qol buraxmasaydıq, indi "Qarabağ" və "Qəbələ" ilə demək olar eyni xalımız olardı. Ancaq bu, futboldur. Əsas olan odur ki, belə səhvləri gələcəkdə buraxmayaq. Çalışmaq, irəli baxmaq lazımdır. (Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail