Marius Vizer Sadıq Sadıqova Beynəlxalq Cüdo Federasiyasının xüsusi mükafatını təqdim edib

09.01.2017 | 669 dəfə oxunub

Bakıda keçirilən Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün beynəlxalq seminarın iştirakçılarına ziyafət verilib.

Mərasimdə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edərək iki gün ərzində paytaxtımızda keçirilən beynəlxalq seminarın yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Azərbaycan Cüdo Federasiyasının işini yüksək qiymətləndirən cənab Vizer gələn il ölkəmizdə baş tutacaq dünya çempionatının da yaddaşlsrda iz buraxacağına əminliyini ifadə edib. Marius Vizer cüdo idman növünün inkişafındakı xidmətlərinə görə Beynəlxalq Cüdo Federasiyasının xüsusi mükafatını Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqova təqdim edib.

Sadıq Sadıqov dünya cüdo təşkilatının rəhbərinə minnətdarlığını bildirərək, ölkəmizin dünyada aparıcı idman dövlətləri sırasında yer aldığını vurğulayıb. Beynəlxalq Cüdo Federasiyasının belə bir əhəmiyyətli tədbiri Bakıda keçirməsinin əhəmiyyətindən danışan vitse-prezident yeni qaydaların cüdonun inkişafı üçün önəmli rol oynayacağına əminliyini ifadə edib.

Sonra Beynəlxalq Cüdo Federasiyasının baş katibi, Fransa Cüdo Təşkilatının başçısı Jan Roje Azərbaycanın dünya cüdo ailəsində xüsusi çəkiyə malik olduğunu söyləyib. Cənab Roje beynəlxalq seminarda qəbul edilən yeni qaydaların ilk dəfə olaraq gələn ay Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində tətbiq ediləcəyini bildirib. Xarici federasiyaların rəsmiləri, nümayəndələr Azərbaycan cüdosuna yeni zirvələrin fəthini arzulayıblar.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.05.2017

29.05.2017

28.05.2017

15:02  Poqba Məkkədə VİDEO

27.05.2017

26.05.2017

   
  O Q H M T-f X
1. Qarabağ 27 18 5 4 44:13 59  
2. Qəbələ 26 13 10 3 43:16 49  
3. İnter 26 11 10 5 36:28 43  
4. Zirə 27 8 10 9 25-28 34  
5. Kəpəz 27 8 9 10 23-27 33  
6. Sumqayıt 27 8 8 11 26:34 32  
7. Neftçi 27 9 3 15 25-42 30  
8. AZAL 27 1 7 19 13-47 10  
24.04Qəbələ ---İnter
23.04Kəpəz 2-2Neftçi
23.04Qarabağ 2-1Sumqayıt
23.04AZAL 1-2Kəpəz
01.01 -
01.01 -
09.04Kəpəz -Neftçi
09.04Qarabağ -Qəbələ