Şehiç: "Hər mövqedə 2-3 futbolçu olmalıdır"

10.01.2017 | 914 dəfə oxunub

"Qarabağ"ın qapıçısı İbrahim Şehiç klubun rəsmi saytına açıqlama verib.

Stadium.Az xəbər verir ki, Şehiç əvvəlcə komandasının Antalya toplanışı haqda danışıb:

“İstirahət qısa olsa da, yerinə düşdü. Gərgin keçən ilk iki dövrədən sonra komandamızın bu istirahətə ehtiyacı var idi. Biz legioner futbolçular öz ölkələrimizə getdik və ailələrimizlə vaxt keçirdik, məncə, tətil tam yerinə düşdü. Artıq istirahət başa çatıb və biz bu toplanışda növbəti iki dövrəyə maksimum şəkildə hazırlaşmalıyıq. Həm çempion, həm də ölkə kubokunun qalibi olmağa köklənməliyik”.

Bosniyalı qolkiper  mövsümün ilk yarısını da dəyərləndirib: “Hər il bizim üçün çətin olur. Geridə qalan həm yaxşı, həm pis günlərimiz oldu. Həm zədəlilərimiz, həm də cəzalılarımız oldu.  Mövsümün ilk yarısı da bizim üçün uğurlu alındı. Avropa Liqasının qrup mərhələsində 7 xal topladıq, ilk dövrənin son oyunlarında komandamız xarakter göstərərək yenidən liderliyə yüksəldi. İndi isə qış təlim-məşq toplanışını dəyərləndirib, burada yoxlama oyunlarında əlimizdən gələni edib Premyer Liqaya tam hazır olmalıyıq”.

Şehiç ötən ili karyerasının ən uğurlu ili adlandırıb: “Ötən il mənim həyatımda ən uğurlu il oldu. Həm milli komandada, həm də "Qarabağ"da uğurlar əldə etdim. Bunun səbəbi də “Qarabağ”dır, bura gəldiyim ilk gündən özümü evimdəki kimi hiss etmişəm. Bu komandada keçirdiyim hər gündən həzz alıram”.

Son olaraq Şehiç "Qarabağ"dakı rəqabətdən danışıb: "Komandamızda hər mövqedə rəqabət var və hər kəs də komandaya xeyir vermək üçün əlindən gələni edir. Hər mövqedə 2-3 futbolçu olmalıdır. Hazırda da komandamızda 4 yaxşı qolkiper var ki, hər birimiz daim əsas heyətdə oynamağa hazırıq”.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

23.05.2017

22.05.2017

21.05.2017

11:20  PSJ – “Kan” – 1:1 VİDEO

20.05.2017

19.05.2017

23:47  İslamiada: Azərbaycan Türkiyəni keçdi - MEDAL SIRALAMASI

   
  O Q H M T-f X
1. Qarabağ 27 18 5 4 44:13 59  
2. Qəbələ 26 13 10 3 43:16 49  
3. İnter 26 11 10 5 36:28 43  
4. Zirə 27 8 10 9 25-28 34  
5. Kəpəz 27 8 9 10 23-27 33  
6. Sumqayıt 27 8 8 11 26:34 32  
7. Neftçi 27 9 3 15 25-42 30  
8. AZAL 27 1 7 19 13-47 10  
24.04Qəbələ ---İnter
23.04Kəpəz 2-2Neftçi
23.04Qarabağ 2-1Sumqayıt
23.04AZAL 1-2Kəpəz
01.01 -
01.01 -
09.04Kəpəz -Neftçi
09.04Qarabağ -Qəbələ