Fatih Terim millimizin üzvünü istəyir

12.01.2017 | 1842 dəfə oxunub

Azərbaycanın 21 yaşlılardan ibarət millisinə çağırılan Hollandiyanın “Feyenoord” klubunda çıxış edən Ozan Can Kökcü Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin də “ay ulduzlu” komandaya namizədlərindəndir.

Stadium.Az xəbər verir ki, təcrübəli mütəxəssis Ozan Can və onun qardaşı Orkunu da komandaya çağırmaq fikrindədir.

Onları Terimə Emre Moru yığmaya gətirən Türkiyə Futbol Məşqçiləri Dərnəyinin (TÜFAD) rəhbəri Abdulkadir Bakırdövən məsləhət görüb. Bundan başqa Hollandiya Futbol Federasiyası da adıçəkilən futbolçuları izləyir.

Bildirək ki, millimizin baş məşqçisi Robert Prosineçki Ozan Can Kökcünü izləmək üçün Antalyaya gedib.

Futbolçuların atası Halis Kökcü isə bunları deyib: “Oğlanlarım Türkiyə millisində oynamaq istəyir. Tək arzuları “ay ulduzlu” formanı geyinməkdir. Avropada oynayan türklərin hamısı bu arzu ilə yaşayır. İnanıram ki, xeyirlisi olacaq”. (qafqazinfo)

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.05.2017

29.05.2017

28.05.2017

15:02  Poqba Məkkədə VİDEO

27.05.2017

26.05.2017

   
  O Q H M T-f X
1. Qarabağ 27 18 5 4 44:13 59  
2. Qəbələ 26 13 10 3 43:16 49  
3. İnter 26 11 10 5 36:28 43  
4. Zirə 27 8 10 9 25-28 34  
5. Kəpəz 27 8 9 10 23-27 33  
6. Sumqayıt 27 8 8 11 26:34 32  
7. Neftçi 27 9 3 15 25-42 30  
8. AZAL 27 1 7 19 13-47 10  
24.04Qəbələ ---İnter
23.04Kəpəz 2-2Neftçi
23.04Qarabağ 2-1Sumqayıt
23.04AZAL 1-2Kəpəz
01.01 -
01.01 -
09.04Kəpəz -Neftçi
09.04Qarabağ -Qəbələ