"Kəpəz"in futbolçusu: "Hələ şannsımız itirilməyib"

19.01.2017 | 3193 dəfə oxunub

"Kəpəz"in braziliyalı legioneri Serjinyo klubun rəsmi saytına müsahibə verib. Stadium.Az xəbər verir ki, o, mövsümün ilk yarısını dəyərləndirərkən, daha yaxşı çıxış edə biləcəklərini deyib:

"Heç-heçə yekunlaşan 2-3 matçda qələbə qazansaydıq, daha çox xal yığardıq. Bunun da sayəsində turnir cədvəlində üst pillələrdə olacaqdıq. Bəzi oyunlarda məşqçinin tələblərini düzgün yerinə yetirə bilmədik. Həmçinin, buraxılan bir neçə qolda kobud səhvlərə yol verdik. İndi bu səhvlərdən nəticə çıxarıb, növbəti görüşlərdə daha yaxşı oynamaq lazımdır".


Serjinyo bundan sonra daha yaxşı oynamağa çalışacağını bildirib: "İstəyirəm daha çox inkişaf edim və komandaya xeyrim dəysin.  Ancaq istənilən halda bu günə kimi heç də pis təsir bağışlamadım və demək olar ki, hər matçda komandaya kömək etdim. Ola bilər azarkeşlər mənim önə qaçıb qol vurmağımı arzulayırlar. Düzdür, çıxış etdiyim mövqe rəqib qapısına yaxındır, amma bu, o qədər də asan deyil. Mənim oyun üslubum əsasən təhlükəli epizodlar yaratmaq, hücumçulara qol ötürməsi verməkdir. Bütün matçlarda bunu etməyə çalışıram". 

Braziliyalı futbolçu Gəncə komandasının bu il də Avropa Liqasına düşə biləcəyini vurğulayıb: "Çempionatın ikinci yarısı hələ qarşıdadır. Hələ şannsımız itirilməyib. Bunun üçün hər oyunda sona qədər döyüşəcəyik. Biz yenidən Avropa Liqasına getmək istəyirik".

Serjinyo dəvət gələrsə, müqaviləsini uzadıb "Kpəz"də qalmaq istədiyini deyib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail