“Qәbәlә” ilә döyüşmәk vә onları mәhkәmәyә vermәk istәmәdim" - MÜSAHİBƏ

21.01.2017 | 3620 dəfə oxunub

Xorvatiyalı yarımmüdafiәçi Daniel Franyiç “Qәbәlә”dәn ayrılıb. Stadium.Az xəbər verir ki, futbolçu bununla bağlı “Qafqazinfo”ya müsahibә verib.

- Niyә siz Antalyaya aparılmamısız?

- Artıq “Qәbәlә”nin futbolçusu deyilәm. Yarım saat әvvәl müqavilәmә xitam vermişәm.

- Sәbәb?

- Baş mәşqçinin qәrarıdı. Bu barәdә heç nә deyә bilmәrәm.

- Sizcә, niyә komandada möhkәmlәnә bilmәdiniz?

- Mәn çempionatda 2-3 oyuna çıxdım. Avropa Liqasında isә cәmi 60 dәqiqә meydanda olmuşam. Bu özünü göstәrmәk üçün yetәrli müddәt deyil. Baş mәşqçi nә qәrar verirsә, ona hörmәt etmәlisәn. Ehtiyatda oturmaq vә ya әvәzedici komandada oynamaq istәmirәm. Çünki yaşım çox deyil. Mәn oynamalıyam.

- Niyә bu qәdәr gec göndәrildiniz? Qış fasilәsindә ayrıla bilәrdiniz...

- Bunu mәn dә düşünürәm. Çәtin vәziyyәtdir. Amma özümә komanda tapmağa çalışacam.

- Sizin Qәbәlәdә saxlanılmağınızın sәbәbi müqavilәnizi pozmağınıza görә ola bilәr?

- Tәbii ki, bu belәdir. Onlar mәni burada saxladılar ki, müqavilәmi pozum vә tәzminat tәlәb etmәyim. Әslindә bunun başqa yolları var idi. Amma “Qәbәlә” ilә döyüşmәk vә onları mәhkәmәyә vermәk istәmәdim. Mәnim 25 yaşım var ehtiyatda qalmaq istәmirәm. Belә dә yarım ilimi dә boşa verәcәm. Ona görә gedirәm.Özünü başqa klubda yenidәn tapmaq çәtindir.

- Haqqınızda maraqlı bir şey eşitdim. Baş mәşqçi Roman Qriqorçuk iclasların birindә sizә “Franyiç, sәn mәn videoda baxdığım oyunçunun klonu deyilsәn" deyib. Bu doğrudur?

- Doğrudur. “Anderlecht”lə oyunda etdiyim bir driblinqdәn sonra elә bir cümlә demişdi. Amma bu barәdә danışmaq istәmirәm. “Qәbәlә”dәn yaxşı xatirәlәrim var. İstәr oyunçularla, istәr azarkeşlәrlә.

- Qriqorçukla son söhbәtiniz nә olub?

- Onunla danışmamışıq.

- Ölkәmizi haçan tәrk edirsiz?

- Bu gün axşam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail