"Qəbələ" 1 oyundan imtina etdi

22.01.2017 | 4418 dəfə oxunub

Türkiyədə hazırlıqlarını davam etdirən “Qəbələ” planlarında dəyişiklik edib. Stadium.Az xəbər verir ki, yanvar ayının 25-nə qədər Antalyada qalmağı və 5 yoxlama matçı keçirməyi planlaşdıran “qırmızı-qaralar” bu oyunlardan birindən imtina edib.

Bu barədə saytımıza klubun meneceri Səbuhi Səfiyarlı açıqlama verib. Klub rəsmisi bildirib ki, buna səbəb komandada oyunçuların zədəli olmasıdır. Belə ki, Baqali Dabo və Məhəmməd Mirzəbəyovun zədələnməsindən sonra Elvin Camalovun da xəsarət alması Roman Qriqorçuku sonuncu hazırlıq matçı fikrindən daşındırıb.

Komanda Antalyaya yollanmamışdan qabaq 3 sınaqçı rəqibin kimliyi açıqlanmış, 4-cü komanda isə orda məlum olmuşdu. Məlum qərardan sonra isə artıq 5-ci sınaqçının axtarışına gərək qalmayıb.

Bu vaxta qədər Antalyada 3 yoxlama oyunu keçirən “Qəbələ” Albaniyanın “Partizani” klubuna məğlub olub (1:2), Rumıniya təmsilçisi “Qaz Metan”a (1:0) qalib gəlib, Qazaxıstan “Ordabaşı”sı ilə isə heç-heçə (0:0) oynayıb. Sonuncu rəqib isə Makedoniyanın “Şkendiya” klubu olacaq. Görüş yanvarın 23-də keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail