Zaur Svanadze: "Komandanın hazırlığından razı qaldıq"

22.01.2017 | 3504 dəfə oxunub

"Türkiyə toplanışı çərçivəsində son yoxlama matçını Rusiya Premyer Liqasının təmsilçisinə qarşı keçirdik. İki fərqli hissə oynadıq. İlk hissədə az sürətli oynadıq, ancaq qol vurmaq üçün yaxşı vəziyyətlərimiz oldu. Təəssüf ki, həmin anlarda sürətli hərəkət etmədik”.

Stadium.Az xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

Antalyada hazırlıq keçən “bankirlər”in çalışdırıcısı “Orenburq”la oyun haqqında danışarkın ümumi qış hazırlığını da dəyərələndirib: “İkinci hissədə, ötən matçlarda da olduğu kimi, sürəti artırdıq və oyunumuz alınmağa başladı. Yaxşı qol vəziyyətlərimiz oldu, doğrudur, həmin vəziyyətlərdən yararlana bilmədik. Rəqib komanda, demək olar, qapımıza iki dəfə zərbə endirdi, onlardan da biri qol oldu. Həmin qol da cərimə zərbəsindən vuruldu. Buna baxmayaraq, komanda özündə güc taparaq, hesab arasında fərqi aradan götürməyə müvəffəq oldu. Çox yaxşı kombinasiya qurdular və Pərdis Fərcad-Azad hesabı bərabərləşdirdi. Ümumilikdə, komandanın oyunundan razı qaldım”.

Gürcü mütəxəssis toplanış haqqında danışarkən isə hazırlığın faydalı olduğunu qeyd edib:

“Türkiyə toplanışını ümumiləşdirərək demək olar ki, komandanın hazırlığından razı qaldıq. Çox yaxşı komandalarla qarşılaşdıq. Yoxlama matçlarının hamısında qalib də gələ bilərdik. Oyunlarda müdafiədə çox yaxşı oynadıq. Hücumlar təşkil edərək, rəqiblərin qapısı önündə təhlükəli vəziyyətlər də yaratmağa müvəffəq olduq. Ümumilikdə, toplanış komanda üçün faydalı oldu. Komandanın çempionatın ikinci yarısına nə qədər hazır olduğunu isə zaman göstərəcək. Bizi sevindirən məqamlardan biri də budur ki, toplanış zamanı heç bir futbolçu zədə almadı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail