Rikardinyo: "İndi onların nə dedikləri barədə düşünməyə başlamışam" - MÜSAHİBƏ

22.01.2017 | 3451 dəfə oxunub

Antalyada təlim məşq toplanışında olan "Qəbələ"nin futbolçusu Rikardinyo klubun kanalına müsahibə verib. Stadium.Az xəbər verir ki, "Tez bazar" rubrikasının qonağı olan braziliyalı müdafiəçi bir sıra sualları cavablandırıb.

- Ən sevdiyin yemək hansıdır?

- Bizim şəhərdə yaxşı restoranlar var. Biz ailəmlə ora gedəndə ət, düyü yeməklərini xüsusis sous və salatlarla yeyirik. Mən, həminin Braziliya kababını xoşlayıram. Burdakı kababdan biraz fərqlidir. Pizzanı da sevirəm. Ümumiyyətlə çox şey xoşlayıram.

- Ən sevdiyin şəhər hansıdır?

- Yaşadığım, Braziliyanın Kuritiba şəhəridir. Orda doğulmuşam, təhsil almışam və həyat yoldaşımla tanış olmuşam. Dostlarım, onların ailələri də orda yaşayır. Şəhərin zövq verən yaxşı restoranları, parkları var.

- Ən sevdiyin futbolçu kimdir?

- Romariodur. Mənim 9 yaşım olanda 1994-cü il dünya çempionatı keçirilirdi. Romario qollar vurdu və biz mundialın qalibi oldu. Bu inanılmaz idi. Ona görə mən futbolçu olmağı qərara aldım.

- Ən sevdiyin futbol klubu hansıdır?

- "Real Madrid", "Barcelona", "Bayern Munich" kimi böyük komandaların oyunlarını izləyirəm. Amma mənim üçün ən möhtəşəm komanda "Arsenal" idi. Tyerri Anrini izləmək çox inanılmaz hiss idi. İngiltərə çempionatında "Arsenal"ın oyunları insana zövq verir.

- Qol vurmaq istədiyin qapıçı hansıdır?

- Birincisi Taffareldir. O, penalti seyvləri edib bizə mundial qalibi olmağa kömək edirdi. Müasir dövrdə Noyeri qeyd edə bilərəm. O, dünyanın ən yaxşılarından biri, yüksək səviyyəli qapıçıdır.

- Ən yaxın futbolçu dostun kimdir?

- Rafanın (red. Rafael Santos) adını çəkə bilərəm. Həmişə birlikdəyik və çox şey haqqında danışırıq. Azərbaycan, Braziliya və dünyada baş verənləri müzakirə edirik. Marlus aqqında da danışmalıyam. O, hazırda "Shakhtar"un şərəfini qoruyur. Biz Marlusla "Coritiba"da birlikdə oynamışıq. Eyni şəhərdənik və yaxşı əlaqələrimiz var. O, ən yaxşı dostlarımdan biridir.

- Ən sevdiyin film hansıdır?

- Klayv Ouenin rol oynadığı "İçəridəki adam" filmini bəyənirəm. Bank qarəti haqqında gözəl filmdir. Həmçinin tarix və dünya haqqındakı filmləri xoşlayıram. Mənim üçün ən yaxşı filmlərdən biri də"İki həyat" filmidir. Həyatda baş verən hadisələri ekranlaşdırıblar. İzləyəndə emossiyaları hiss edə bilirsən.

- Ən sevdiyin musiqiçi və musiqi hansıdır?

- Əvvəl mən ancaq ritmlərə fikir verirdim. Amma indi onların nə dedikləri barədə düşünməyə başlamışam. Mənim üçün istənilən mahnı yaxşı ola bilər. Bu, kimin nə haqda oxumasından asılıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail