"Qəbələ" danışmalı, yoxsa "Qarabağ"dan örnək almalı?

14.02.2017 | 42088 dəfə oxunub

17.04.2013-cü il, "Baksel-Arena" "Neftçi" - "Qarabağ" (2-1) kubokun ilk görüşü. O dövr üçün "Neftçi"nin heyəti güclü olsa da, "Qarabağ" oyuna elə köklənir ki, aradakı səviyyə fərqi meydanda heç də hiss olunmur. İkinci hissə Vuqar Nadirov hesabı açır, oyunun gedişatı konkret "Qarabağ"ı qələbəyə aparırdı. 61-ci dəqiqədə oyunun baş hakimi (səhv etmirəmsə, Anar Salmanov) "Qarabağ"ın qapısına əndərəbadi penalti verir - hesab bərabərləşir.

Son dəqiqədə daha 1qol vuran "Neftçi" qələbə qazanır. Hər kəs məlum epizoddan danışır, amma və lakin "Qarabağ" rəhbərliyi susurdu. Hadisələrə daha səbrli mövqe nümayiş etdirirdi. Cavab görüşündən 1-2 gün əvvəl komanda rəhbərliyi ilə azarkeşlər arasında görüş təşkil olunur. Klub prezidenti Tahir Gözəldə görüşdə iştirak edir. Həm də masanın baş tərəfində yox, elə azarkeşlərlə yanaşı əyləşir. Müzakirələrə start verilir. Azarkeşlərin mövqeyi birmənalı olaraq belə olur: Hakimlər oynamağa imkan vermirlər. ( O dönəmlər "Neftçi" rəqiblərindən güclü olsada, xeyirlərinə hakim səhvləri tez-tez olurdu) Başqanında cavabı birmənalı olur: Buraxaq hakimləri öz vicdanına, siz deyin, görək, cavab görüşündə nə edək ki, turu keçən biz olaq?!

Təkliflərdən dolayı oyunun vaxtı axşam saatlarına salınır, azarkeşlərin stadiona axını üçün əməli işə start verilir. Tribunalarda yetəri qədər "Qarabağ" azarkeş cəmlənir.

Klub prezidenti hər kəsi cavab görüşünə elə kökləyir ki, artıq, hakim səhvi yada düşmür. Bu "Qarabağ" rəhbərliyinin, sıravi işçisinə kimi hər kəsə hopdurduğu bir mövqedi, həm də, dəyişilməyən mövqe. Nə lehinə, nə də əlehinə olan qərarlarda.

Hörmətli "Qəbələ" rəhbərliyi, hay-küy salmaqla, hər dəfə oldu-olmadı hakimlərdə səhv axtarmaqla, paylaşılan “skrnlərlə”, "Sumqayıt"dan, "Zirə"dən 90+4-də qol buraxmaqla çempionluq əldə olunmur. Əskikləriniz var, onları aradan qaldırsanız,  əmin olun, çempion da olarsız, qrupda xallarda yığarsız. Biraz da, "Qəbələ"nin Roma(n) papasına təpinin. Təpinin, deyin ki, Arazı dedin, aldıq, Subotiçi dedin, aldıq, daha nə istəyirsən? Olmaya növbəti istəyi hakimləri almaqdı? Onda sual verin ki, sən nə günəsən "Qəbələ"də?


Bu, Roma(n) papasına bir sorum da mənim var. Ondan soruşmaq gərəkir, “Qarabağ” – “Neftçi” oyunundakı hakim idarəçiliyinə “gülməlidir” deyəndən sora, AZAL-la “Qəbələ”dəki oyunda qapınıza verilməyən penala “susmaq” “gülməlidir”, yoxsa “ağlamalı”?

Xanoğlan İmanov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail