"Azərbaycan milli komandasında oynamaq şansım yaransa, məmnuniyyətlə oynayaram" - MÜSAHİBƏ

17.02.2017 | 3986 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı olacaq. Stadium.Az xəbər verir ki, matçdan öncə Ağdam klubunun futbolçusu Riçard Almeyda jurnalistlərin suallarını cavablandırıb:

- Qarşıdan “Qəbələ” ilə çətin səfər oyunu gəlir. Amma bu matçdan öncə bir çoxları hakimliklə bağlı danışır. Bu, sizdə təəssüf hissi doğururmu?

- Hər bir insan kimi, hakimlər də yanlış və ya doğru qərarlar verə bilərlər. Yaxşı olar ki, hər kəs öz işi ilə məşğul olsun. Biz də futbolçu olaraq öz məşqlərimizi edək, oyunumuzu oynayaq. Belə şeylərdən təsirlənməməliyik. “Qəbələ” tərəfi də bu kimi şeylərə fikir verməməlidir. Onlar böyük komandadır və yaxşı məşqçiləri, yaxşı oyunçuları var. Əsas odur ki, bizim qarşılaşmamız yüksək səviyyədə keçsin və hamı tərəfindən bəyənilən, izlənilən bir matç olsun.

- “Qəbələ” Avroliqada təcrübəsi olan güclü klublarımızdan biridir. Bu matçda daha çox çətinlik çəkəcəklərinizi düşünürsüzmü? Ümumiyyətlə, oyuna hazırsızmı?

- Başqa rəqiblərə qarşı necə hazırlaşırıqsa, “Qəbələ”yə qarşı da eyni ciddiyyətlə, eyni peşəkarlıqla hazırlaşırıq. Çünki bizim baş məşqçimizin bizdən tələbi odur ki, heç bir rəqib arasında fərq qoymayaq. Bu səbəbdən bütün rəqiblərə eyni gözlə baxırıq və eyni ciddiyyətlə hazırlaşırıq.

- Bu görüşü çempionluq yolunda həlledici hesab etmək olarmı?

- Bu oyuna ölüm-dirim mübarizəsi kimi baxmıram, amma vacib  oyun olduğunu bilirəm. Futbolda hər şey mümkündür. Qalib gəlsək də, məğlub olsaq da qarşıda çox oyunlar var və bütün oyunların yekununda hər şey müəyyənləşəcək.

- Millimizdə oynamaq üçün AFFA-dan rəsmi müraciət edibmi? Ümumiyyətlə, bu məsələ nə yerdədir?

- Daha əvvəl dediyim kimi, əgər Azərbaycan milli komandasında oynamaq şansım yaransa, məmnuniyyətlə oynayaram. Çünki, demək olar ki, Azərbaycan mənim ikinci vətənimdir. Artıq 5 ilə yaxındır ki, burada yaşayıram. Braziliyadan çıxdıqdan sonra, sadəcə, iki il Avropada yaşamışam. Ondan sonrakı müddətdə isə burada olmuşam. Ona görə də istəyərəm ki, Azərbaycan millisində forma geyinim. Amma hələ rəsmi olaraq heç nə yoxdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail