"Biz daha güclü görünürdük" - Roman Qriqorçuk

19.02.2017 | 4131 dəfə oxunub

Bu gün “Qəbələ” Azərbaycan Premyer Liqsının 19-cu turunun oyununda doğma meydanda “Qarabağ”a  2 cavabsız qolla qalib gəldi. Stadium.Az xəbər verir ki, oyundan sonra Qələbə klubunun baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:

- Oyunla bağlı ancaq yaxşı fikirlər səsləndirə bilərəm. Komandamdan çox razıyam. Yüksək keyfiyyətli oyun sərgilədilər. Qolda hakimlər məsləhət etdilər ki, hücum zamanı top bizim futbolçudan rəqibə getmişdi, yoxsa özlərindən. Buna görə ofsayt barədə düşünülmüşdü. Ancaq düzgün qərar verdilər. Olara bir "5" düşür.

Azarkeşlərin rolu qələbə qazanmaqda çox böyükdür. İstərəm ki, hər zaman stadionda belə olsunlar. Hakimlikdə gərək yüksək səviyyədə olsun. Bu cür yolla Azərbaycan futbolunun səviyyəsini qaldırmış olarıq.

- Belə düşünmək olar ki, artıq çempionluq üçün oynayacaqsız?

- Yox, belə deməzdim. Biz sadəcə bu gün qələbə qazandıq. Vacib oyunlar qabaqdadı.

- Hakimin hər qərarına futbolçularınız kəskin reaksiya verirdi. Bundan qorxmurduz ki, oyuna köklənə bilməzdər?

- Deməzdim ki, oyunçularımız hakimə qarşı aqressiv davranırdı. Oyunçular oyuna optimal səviyyədən daha artıq hazır idilər.

- “Qəbələ” rəqibi əsas olaraq hansı planda üstələdi?

- Özümüzü rəqiblə müqayisə etmirəm. Biz çox güclü görünürdük.

- Düşünürdüz ki, bu gün hakim yenə səhv edə bilər?

- Niyə də gözləməliyəm? Bu cür hakimliyi arzulamaq lazımdı.

- Araz hələ də özünə gəlməyib. Siz bunu bacara biləcəksiz?

- Siz onu hansı formada görmüsüz bilmirəm. Ancaq Arazda çox yaxşı keyfiyyətlər var. Biz onda hələ ki, ancaq yüksəliş görürdük.

- Fariz qolu qeydə almasa, Özobiç ikinci qolu vurmasa hansın daha çox qınayardız?

- Biz hakimlərə təzyiq edə bilmərik. Bizim hər zaman hücumçulara iradımız olub. Yenə də var. 

- Təvazökarlıq etsəd də, “Qəbələ” bu qələbəylə çempionluq mübarizəsinə girdi. Çünki məğlubiyyət 6 xallıq fərq yaradacaqdı. Komanda artıq çempionluq üçün oynayacaq. Rəhbərlikdə bunu istəyir sizdən.

Hər dəfə jurnalistlərə qonaqlıq söz verəndə uğurlu nəticə qazanmısız. Bu dəfə çempionluq üçün nə söz verə bilərsiz?

- Təbii ki, "Qələbə" çempion olsa, jurnalistlər üçün xüsusi qonaqlıq olacaq.

- "Qarabağ"a Bakıda məğlubiyyətdən sonra demişdiz ki, getmək istəyirsiz. İndi də getmək istəyirsiz, yoxsa qalmaq?

- Burda mənim işim var. Onu yerinə yetirirəm. Son kimi də, işimin başındayam.

- Rəşad Sadiqovun mərkəz müdafiəçisi kimi oynamasından razı qaldız?

- Mən bütün komandamın oyunundan razı qaldım. Rəşadın da oyunundan çox razıyam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail