Ramin Musayev: "Farizin bundan xəbəri yox idi"

21.02.2017 | 3735 dəfə oxunub

Fariz Yusifovun Premyer Liqasının 19-cu turunda "Qəbələ" - "Qarabağ" matçının baş hakim təyin olunacağı 3 tur əvvəldən məlum imiş.

Stadium.Az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "CBC Sport"da "Bizim futbol" verişində açıqlama verib.
 
Onun sözlərinə görə, həmin vacib oyuna təyinatla bağlı AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla məsləhətləşiblər: "Fariz hakimlərin Antalyada təlim-məşq toplanışında olmamasına baxmayaraq, həm fiziki, həm də psixoloji cəhətdən hazır idi. Belə qərara gəldik ki, bu məsul oyunu məhz belə təcrübəli hakimə tapşırıq. Halbuki, Farizin bundan xəbəri yox idi. Ona 1 tur öncə təyinat verdik və yüksək səviyyədə idarəçiliyi ilə "Qəbələ" - "Qarabağ" matçının öhdəsindən gələcəyinə əmin olduq. Əliyar Ağayevin "Qarabağ"la söz-söhbətləri çıxdığından onu təyinat etməyim düzgün olmazdı".
 
R.Musayev "Qəbələ"nin vurduğu ilk qolda Yusifovla yan xətt hakimi Azər Əsgərov arasında olan dialoqa da toxunub: "Qolun ilk olaraq sayılmadığı həmin epizodda elə düşündüm ki, laysman topun meydanda çıxdığını düşünüb. Ona görə də bayrağını qaldırdı və Fariz qolu saymadı. Ancaq sonradan baş hakimlə köməkçisi arasında söhbətdə məsələyə aydınlıq gətirdilər. Azər Əsgərovu günahlandırmaq düzgün olmazdı. O, elə zənn edib ki, top "Qəbələ"nin hücumçusundan gedib və buna görə ofsayd idi. Ancaq Yusifov topun "Qarabağ"ın futbolçusundan getdiyini bildirərək anlaşılmazlığa son qoydu. Buna görə baş hakimə "çox sağ ol" demək lazımdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail