Fatih Terim millimizin üzvündən əl çəkmir

21.02.2017 | 4060 dəfə oxunub

Türkiyə millisinin baş məşqçisi Fatih Terim Azərbaycan millisində oynamağa razılıq verən Ozancan Kökcüdən imtina etmək fikrində deyil. Stadium.Az xəbər verir ki, təcrübəli çalışdırıcı Kökçünü Türkiyə millisində görmək arzusundadır. 

Türkiyə Futbol Federasiyasının  rəsmiləri bu məqsədlə bir neçə gün öncə gənc futbolçunun ailəsi ilə növbəti dəfə əlaqə saxlayıblar.

Ancaq Hollanidyanın "Feyenoord" klubunun 19 yaşlılardan ibarət komandasında forma geyinən futbolçunun ailəsi TFF rəsmiləri ilə danışıqlar aparmaqdan imtina ediblər. Onlar bildiriblər ki, Ozancan Azərbaycan millisində oynamağa razılıq verib və qərarından dönmək niyyətində deyil. 

2016-cı ilin sonlarında AFFA Ozancan Kökcüyə müraciət edərək onu millimizə dəvət etmişdi. Türk əsilli futbolçu bu təklifi qəbul edərək yanvar ayında U-21 millimizin Antalyada keçirilən təlim-məşq toplanışına qatılmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail