"Komandamız son pillələrə layiq deyil"

21.02.2017 | 3371 dəfə oxunub

"Gözlənildiyi kimi oyun gərgin keçdi. Açığı, meydana 3 xal üçün çıxmışdıq. Uğursuz oyunlara son qoymaq istəyirdik”. Stadium.Az xəbər verir ki, bu sözləri "Kəpəz”in futbolçusu Nicat Qurbanova klubun rəsmi saytına  deyib.

25 yaşlı hücumçu Premyer Liqanın XIX turu çərçivəsində "Neftçi” ilə səfər görüşü haqda danışarkən bildirib ki, 0:0 hesablı heç-heçə yaxşı nəticə sayılsa da, məqsəd qələbə qazanmaq olub: "Qalib qələbə bilməsək də, yaxşı oynayıb 1 xal qazandıq. Əsas olan budur. Baş məşqçimiz Şahin Diniyevin də vurğuladığı kimi komanda artıq öz oyununu tapıb. İnşallah, qarşıdakı matçlarda daha çox xal qazanacağıq”.

 "Neftçi” ilə oyundan bir gün öncə Qurbanov doğum gününü qeyd edib. Odur ki, 25 yaşını tamamlayan yarımmüdafiəçi meydanda ən fəallardan biri olub: "Düzdür, doğum günü mənim üçün əlavə motivasiya idi. Komanda qələbə üçün acdır. Neçə oyun idi ki, uduzurduq. Ona görə qələbə qazanmağa çalışırdıq. Düşdüyümüz vəziyyətdən çıxmaq istəyirdik. Görüşə istəkli çıxmışdıq, rəqibin də "Neftçi” olması həvəsimizi daha da artırmışdı. Meydanda əzmlə mübarizə apardıq. Özümü fərqləndirmək istəmirəm, komanda şəklində layiqli çıxış etdik. Boş qapıdan top çıxardığımız, qol vurmağa yaxın olduğumuz epizodlar oldu. Hücumameylli futbolçunun işi qol vurmağa çalışmaq, məhsuldar ötürmə verməkdir. Son zərbələr qeyri-dəqiq oldu. Əlimizdən gələni etdik. Qələbə qazana bilmədiyimiz üçün pis olduq, amma uduzmadığımız üçün də sevinməyə dəyərdi”.

O, növbəti turda qrşılaşacaqları "Qəbələ" ilə matçla bağlı fikirlərini bölüşüb: "Rəqibimiz olduqca güclü komandadır. Onlara qarşı motivasiyamız var. Özümüzü sübut etmək istəyirik ki, komandamız son pillələrə layiq deyil. Klubun adına yaraşmayan yerdəyik. Azarkeşlərin üzünü güldürməyin vaxtıdır. Neçə oyundur ki, onları üzürük, odur ki, Gəncədə onları sevindirməyə çalışacağıq”. 

19 turdan sonra hesabında 19 xal olan "Kəpəz" 7-ci pillədədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail