"Qızıl oğlan" 38 yaşında VİDEO

21.02.2017 | 4898 dəfə oxunub

Bu gün müstəqil Azərbaycan futbolunun yetişdirdiyi ən parlaq simalardan olan Zaur Tağızdənin ad günüdür. “Qızıl oğlan”ın 38 yaşı tamam olur.

Peşəkar karyerasına Mingəçevirin “Kür-Nur” klubunda (10 oyun; 4 qol) başlayan Tağızadə 1997-ci ildə Estoniyaya yollanıb. Bu ölkənin “Lelle Pyarnu” klubunda meydana çıxdığı 6 oyunda 2 dəfə fərqlənən Zaur, ardınca İslandiyaya yollanıb. “Akranes”də 3 oyun keçirdikdən sonra (1 qol) vətənə qayıdıb. “Şəfa”da 6 ay (16 oyun; 2 qol) forma geyib və yenidən Estoniyaya üz tutub. “Flora Tallin” (9 oyun; 4 qol) onun karyerasında sonuncu əcnəbi klub olub.

1999-2000 mövsümündə Bakı MOİK-ində (10 oyun; 1 qol) forma geydikdən sonra “Şəfa”ya keçib. 4 il bu klubun uğurları üçün çalışan Tağızadə 100 oyunda 17 dəfə fərqlənib. “Qızıl oğlan” 2004-cü ildə karyerasının son klubu - “Neftçi” ilə anlaşıb. 2010-cu ildə məhz burada o, karyerasına son qoyub - 132 oyun, 31 qol.

“Neftçi”nin heyətində 2 dəfə ölkə çempionu olan, 2 dəfə ölkə kubokunu və 1 dəfə “Birlik Kuboku”nu qazanan Tağızadə 2001-ci ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.

1997-2007-ci illər aralığında milli komandamızın formasını geyən Tağızadə 40 oyunda 6 dəfə fərqlənib ki, bu qollardan da ən unudulmazı 1999-cu il sentyabrın 4-də Bakıda Portuqaliyanın qapısına vurduğu topdur.

2010-2011 mövsümündə “Neftçi”nin əvəzedicilərində məşqçi kimi çalışan Zaur Tağızadə, 2011-ci ildən “Qarabağ”ın seleksiyaçı məşqçisidir.

Səbəbkarı təbrik edir, uzun ömür, can sağlığı arzulayır. Ad günün mübarək, “Qızıl oğlan”!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail