"Neftçi"nin futbolçusu: "Gəlin, yenidən o haqda danışmayaq" - MÜSAHİBƏ

21.02.2017 | 3926 dəfə oxunub

Neftçi”nin ukraynalı müdafiəçisi Kirilo Petrov klubun rəsmi saytına müsahibə verib:

- “Neftçi”də artıq 5 rəsmi oyun keçirmisiz. Təəssüratınız necədir?

- Prinsipcə, nəticələrimiz qənaətbəxş oldu. Daha çox xal toplaya bilərdik, amma müəyyən səbəblərə görə bunu eləyə bilmədik.

- Hansı səbəblərə görə?

- Gəlin, yenidən o haqda danışmayaq. Hakimliyi müzakirə etmək istəmirəm, bunun mənası yoxdur. Növbəti oyuna hazırlaşmaq lazımdır.

- Baş tutmuş oyunlardan hansını xüsusi qeyd edərdiz?

- Qalib gəldiyimiz oyunlar daha yaxşı yadda qalıb. Biz “İnter”ə və “Sumqayıt”a qarşı yaxşı oynadıq. “Sumqayıt”la görüş daha ağır oldu, çünki qarlı meydançada mübarizə aparmaq məcburiyyətində qaldıq. Bununla belə, qələbə qazanmağı bacardıq.

- Komanda məşqçilərin tələb etdiyi oyunu göstərə bilirmi?

- Xeyr, “Neftçi” hələ ki pik həddinə çatmayıb. Amma biz inkişaf edirik və fikrimcə, bu hiss olunur. Məsələn, son iki oyunda qol buraxmamışıq. Belə deyirlər, əgər arxada “sıfır”dırsa, irəlidə həmişə nəysə fikirləşmək olar.

- Ümumilikdə komanda son 5 oyunda cəmi 3 qol buraxıb. Hətta çoxlarında belə təəssürat yaranır ki, siz müdafiənin mərkəzindəki komanda yoldaşınız Pavel Dreksa ilə əvvəllər birlikdə oynamısız, sadəcə bunu ustalıqla gizlədirsiz.

- Belə şey olmayıb (gülür). Sadəcə, müəyyən məktəb varsa, uyğunlaşma prosesi çox vaxt aparmır. Həqiqətən də Pavellə bir-birimizi yaxşı başa düşürük, futbol dili hər bir halda eynidir. Bununla belə, komanda qol buraxmırsa, bu, təkcə bizim yox, bütün futbolçuların əməyidir.

- Siz Ukrayna yığma komandasının heyətində gənclər arasında Avropa çempionu olmusuz. Milliyə də dəvət almağa ümid edirsiz?

- Təbii ki, Ukrayna milli komandasında oynamağı çox istəyirəm. Məncə, əgər “Neftçi” qələbələr qazanıb, avrokubokların qrup mərhələsinə vəsiqə əldə etsə, məşqçilərin diqqətini cəlb edə bilərəm.

- Azarkeşlərə uyğunlaşmağa macal tapmısız?

- Bəli, “Neftçi” azarkeşlərini çox bəyənirəm. Onlar öz komandalarını çox sevirlər. Buna təkcə oyunlarda yox, fan-qruplardan birinin ad gününü qeyd edən zaman da əmin oldum. Belə fanatlar yalnız ən yaxşı nəticələrə layiqdirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail