"Qarabağ" Respublika stadionunda oynamayacaq

21.02.2017 | 3703 dəfə oxunub

Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə Azərbaycan və Almaniya milliləri arasında keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçı ilə IV İslam Həmrəyliyi Oyunlarının hazırlıqlarına başlanılıb.

Stadium.Az xəbər verir ki, bu barədə "Report"a mərkəzi arenanın icarədarı olan "Qarabağ" klubunun baş direktoru Əmrah Çəlikəl bildirib.
Onun sözlərinə görə, ot örtüyünə baxan mütəxəssislər stadionun hər iki böyük tədbirə hazır vəziyyətdə saxlanılması üçün Ağdam təmsilçisinin əvəzedici komandasının həmin meydanda futbol oynamasına icazə verməyiblər:

"Stadionda təmirlik bir iş yoxdur. Sadəcə, ot örtüyünün yaxşılaşdırılması üçün belə qərar verilib. Bu səbəbdən, əvəzedici komandamız ev oyunlarını başqa stadionlarda keçirəcək".

Azərbaycan - Almaniya matçı martın 26-da, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail