Nizami Hacıyevdən Prosineçkiyə: "Ayıbdır!"

24.02.2017 | 3406 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin Nizami Hacıyevi yığmaya çağırmayacağını açıqlaması ciddi müzakirə mövzusuna çevrilib.

Stadium.Az xəbər verir ki,"İnter"in futbolçusu "Futbol+"a açıqlamasında ehtiyatda qalan futbolçuların milliyə dəvət aldığını aparıcı oyunçuların isə kənar qaldığını deyib:

"Əsəbimdən gözümə yuxu da getmir. Necə yəni Nizami oyun fəlsəfəmə uyğun deyil. Görəsən, Prosineçkinin fəlsəfəsi nədən ibarətdir ki, "İnter"in aparıcı oyunçusu onu anlamır?

Bəlkə yığmaya çağırılan o biri futbolçular meydanda düz, mən isə dal-dala qaçıram? Və yaxud onlar pası ayaqla, mən isə əllə verirəm? Vallah, ayıbdır. Sən məni çağır, tapşırığını ver. Bacarmasam, de ki, Nizamidən istədiyimi ala bilmədim və buna görə də yığmaya dəvət etmirəm. Mənim kimi klubunun aparıcı oyunçusu qalıb kənarda, ehtiyatda oturanlar milliyə dəvət alır. Görmüşük də sənin oyun fəlsəfəni! Mən nə edim ki, o tərəflərlə əlaqəmiz olmayıb. Olsaydı, günü bu gün Dağıstan və ya Almaniya pasportu alardım".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail