Azərbaycan millisi Serbiyayla yoldaşlıq oyunu keçirəcək

24.02.2017 | 3571 dəfə oxunub

AFFA-nın baş katibi Elxan Məmmədov Serbiyada işgüzar səfərdə olub. Stadium.Az xəbər verir ki, o, səfər çərçivəsində Serbiya Futbol Federasiyasının prezidenti Slavişa Kokeza ilə görüşüb.

İki ölkənin futbol federasiyası arasındakı əməkdaşlıq məsələləri müzakirə edib. Görüş zamanı Azərbaycan və Serbiyanın aşağı yaş qruplarından ibarət milli komandalar arasında yoxlama matçlarının keçirilməsi qərara alınıb.

Kokeza görüş zamanı UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəd olan Elxan Məmmədova bu baxımdan dəstək olacağını bildirib.

UEFA İcraiyyə Komitəsinə seçkilər aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək qurumun növbəti konqresində baş tutacaq. Elxan Məmmədov İcraiyyə Komitəsinin üzvlüyünə 13 namizəddən biridir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail