"Kəpəz" - "Qəbələ": 15-ci qarşılaşma

26.02.2017 | 3126 dəfə oxunub

“Qəbələ” Azərbaycan Premyer Liqasının XX turunda “Kəpəz”lə qarşılaşacaq. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, fevralın 28-də keçiriləcək qarşılaşma komandalar arasında 15-ci oyun olacaq.

İlk dəfə 2010/11 mövsümündə üz-üzə gələn rəqiblər indiyədək 14 dəfə qarşılaşıb. Bu matçların hamısı çempionat çərçivəsində oynanılıb. Bu görüşlərdə üstünlük “qırmızı-qaralar”ın tərəfindədir. 6 qələbə qazanan komanda 4 heç-heçə edib və 4 dəfə məğlub olub. Son üç görüşdə də Roman Qriqorçukun komandası qalib gəlib. 25 qolun vurulduğu duellərdə “Qəbələ” 14, “Kəpəz” 11 dəfə fərqlənib.

Əvvəlki matçların 8-ni evdə, 6-nı səfərdə keçirən "Qəbələ" rəqib meydanındakı ilk 5 matçda 2 heç-heçə edib, 3 dəfə uduzsa da, son qarşılaşmadan qələbə ilə ayrılıb. Səfər oyunlarındakı top fərqi 3:7-dir.

Maraqlıdır ki, “Qəbələ”nin 14 qoluna fərqli futbolçular imza atıb. Hazırda heyətdə olan Baqali Dabo, Ruslan Qurbanov, Filip Ozobiç və Tellur Mütəllimov yenə fərqlənmək imkanına malikdir.

2010/11 mövsümü
31.10.2010. Gəncə - Qəbələ - 0:0
27.02.2011. Qəbələ - Gəncə - 0:0
02.04.2011. Qəbələ - Gəncə - 1:1
Murad Hüseynov, 26 - Junivan Suares, 56
12.05.2011. Gəncə - Qəbələ - 0:0
2011/12 mövsümü
16.10.2011. Qəbələ - Kəpəz (Gəncə) - 2:0
Deon Barton, 41, Dodo, 53
07.03.2012. Kəpəz (Gəncə) - Qəbələ - 3:2
Sabir Allahquliyev, 72, Yuri Fomenko, 75, Junivan Suares, 87 - Lyuba Baranin, 32, 
annik Kamanan, 85
2012/13 mövsümü
15.09.2012. Kəpəz (Gəncə) - Qəbələ - 1:0
Bəxtiyar Soltanov, 41
19.11.2012. Qəbələ - Kəpəz (Gəncə) - 2:0
Viktor Mendi, 61, Rəşad Abdullayev, 66 (p.) 
2015/16 mövsümü
23.08.2015. Qəbələ - Kəpəz (Gəncə) - 1:0
Ermin Zets, 6
01.11.2015. Qəbələ - Kəpəz (Gəncə) - 1:2
Fakundo Pereyra, 69 -  Aleksandr Sitnik, 2, Dario Federiko, 90+4
30.01.2016. Kəpəz (Gəncə) - Qəbələ - 3:0
Julien Ebah, 25, 75, Namiq Ələsgərov, 57
20.05.2016. Kəpəz (Gəncə) - Qəbələ - 0:1
Aleksey Qay, 76
2016/17 mövsümü
08.08.2016. Qəbələ - Kəpəz (Gəncə) - 2:0
Tellur Mütəllimov, 58; Baqali Dabo, 79 
17.12.2016. Qəbələ - Kəpəz (Gəncə) - 2:1
Filip Ozobiç, 23 (p.); Ruslan Qurbanov, 83 (p.) - Tural Axundov, 77 (p.)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail