Konte: "6 gün boyunca 1 saniyə belə yata bilmədim"

26.02.2017 | 3774 dəfə oxunub

"Çelsi" İngiltərə Premyer Liqasının 26-cı turunun oyununda doğma meydanda "Suonsi"yə 3:1 hesabıyla qalib gəldi. Stadium.Az xəbər verir ki, "zadəganlar" bununla da ən yaxın izləyicisi "Mançester Siti"ni bir oyun çox keçirməklə 11 xal qabaqlayır.

“Çelsi”nin baş məşqçisi Antonio Konte isə sona 12 tur qalmış 11 xallıq fərqə görə komandasını arxayınlaşmamağa çağırıb və tarixi bir məqama toxunub:

“1999-20-ci illər mövsümündə sona 7-8 tur qalmış "Latsio" bizdən 8 xal geridə idi. Amma son 8 oyunun 4-də məğlub olaraq çempionluğu "Latsio"ya verdik. 6 gün boyunca 1 saniyə belə yata bilmədim. O zaman "Latsio"nu Sven Yoran Eriksson çalışdırırdı. Mən isə "Yuventus"un kapitanı idim. Onda son həftədə səfərdə "Peruca"nı uda bilmədik. Olanları çox yaxşı xatırlayıram. Oyundan sonra milli komandaya getməliydim, amma 6 gün ərzində yata bilmədim. Bunu bir daha yaşamaq istəmirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail