"Yemək yeməyib oyuna çıxmışıq" - "Bakılı"nın futbolçusu

27.02.2017 | 3982 dəfə oxunub

Az əvvəl başa çatan I Divizionun “Ağsu” – “Bakılı” oyunu meydan sahiblərinin 7:0 hesablı qələbəsiylə başa çatdı. Stadium.Az xəbər verir ki, oyundan sonra noyabr ayında I Divizionda vurulan ən yaxşı qolun müəllifi Nurlan Məmmədzadə (“Bakılı”) jurnalistlərin suallarını cavablandırıb:
“Bizə diqqət yetirdiyi üçün PFL-ə təşəkkürümü bildirirəm. Sizlər də çox sağolun ki, bu qədər yol qət edərək bu oyuna gəlmisiz. Qolum yaxşı alınmışdı. Ruslan Tağızadəənin qolu daha yaxından idi, buna görə mənim qolum uzaq məsafədən olduğu üçün daha gözəl oldu. Qazandığım mükafatı (500 AZN) ailəmə verəcəm. Birazda üstündən götürüb komanda yoldaşlarımıa oturacam.

Hesab gözlənilən idi. Çünki komandada vəziyyət çox pisdir. Biz bu gün yolda yemək yeməyib oyuna gəlmişik. Peçeniyə ilə oyun oynamaq olmaz. Bu da belə uduzmağa əsas vermir. Ancaq reallıqda budur. Ac futbol oynamaq olmaz.

Düzdü, vaxtına potensialım vardı. Mənimla oynayan futbolçuların demək olar hamısı indi Premyer Liqada oynayır. Bəziləri millidə çıxış edir. Mənim o zaman ən böyük səhvim onda oldu ki, I diviziona gəldim. 16 yaşımda bu səhvi etdim. Bura bataqlıqdır, gəldin, çıxa bilmirsən".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail