Almaniyada beynəlxalq Kikboksinq turniri - Xəyal Əhmədov sabah döyüşəcək

24.03.2017 | 3079 dəfə oxunub

Sabah martın 25-də Almaniyanın Bohum şəhərində MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə böyük beynəlxalq Kikboksinq turniri start götürəcək.

Stadium.Az xəbər verir ki, “Qala turnir və böyük oyun” kimi tanınan bu yarışmaya dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli (Mix-Fight) kikboksçular qatılacaq.

60-ya yaxın idmançının iştirak edəcəyi Böyük Oyunda Azərbaycanı peşəkar kikboksçumuz, müxtəlif beynəlxalq turnirlərin qalibi Xəyal Əhmədov təmsil edəcək.

Əhmədov bundan əvvəl də Almaniyada keçirilmiş beynəlxalq qarşılaşmalarda Azərbaycanı uğurla təmsil edib və keçirdiyi bütün döyüşlərdə qələbə qazanıb. Ötən il Almaniyanın Vuppertal şəhərində A1WCC versiya üzrə keçirilmiş turnirdə X.Əhmədov erməni rəqibini nakauta salaraq parlaq qələbə qazanmışdı.

Turnir Bohum şəhərinin ən böyük arenasında – “RuhrCongress”də təşkil olunacaq. Əhmədov bir neçə gündür ki, Almaniyadadır. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail