Sami Xedira: "Bakıya gəzməyə yox, oyuna gəlmişəm"

25.03.2017 | 2885 dəfə oxunub

Almaniya millisinin üzvü Sami Xedira DÇ-2018-in seçmə mərhələsində sabah yığmamızla keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Oyunla bağlı nə düşünürsən? 

- Bizim üçün vacib matçdır. Maksimum gücümüzü ortaya qoymalıyıq. Bundan öncəki matçda 2:0 hesabı ilə qalib gəlmişdik. Bu matçda da diqqətli olmalıyıq. Çalışacağıq ki, Bakıdan üç xalla ayrılaq.

- Avropa çempionatının seçmə mərhələsinə bir qədər uğursuz başlamışdız. Bu dəfə isə daha yaxşı start götürmüsüz. Seçmə mərhələlər arasında hansı fərqlər var?

- 2014-cü ildəki dünya çempionatından sonra növbəti çempionata yaxşı köklənə bilmədik. Buna səbəb bir neçə futbolçumuzun karyerasını başa vurması və zədəli olması idi. Son Avropa çempionatında da titul qazana bilmədik. Ona görə də növbəti turnirdə yaxşı çıxış etməliyik. Bu mərhələdə yaxşı oyun göstərməyimiz vacibdir.

- Son dövrlər zədələrdən əziyyət çəkirdin. İndi formadasan. Milli komandada rolunu necə görürsən?

- İndiyə qədər karyeramda yaxşı vaxtlarım olub. İndi də yaxşı formadayam. Hesab edirəm ki, komandada lazımı yerim var. Üzərimə müəyyən rol düşür. Özümü millinin vacib oyunçusu hesab edirəm.

- Bakı ilə bağlı təəssüratlarınız necədir? 2009-cü ildə burda olmuşdunuz. Həmin vaxtdan bu yana nə dəyişib? 

- Komanda yoldaşlarımdan fərqli olaraq mən Bakını gəzmədim. Mən gəzməyə yox, oyuna gəlmişəm. Matça hazırlaşmalıyam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail