Prosineçki: "Futbolçu həmişə məşqçini günahkar bilir" - MÜSAHİBƏ

25.03.2017 | 3393 dəfə oxunub

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Almaniya millisi ilə oyundan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Güclü komandaya qarşı oynayacağıq. Bir həftədi ki, bir yerdəyik. Hazırlıqdan, məşq prosesindən razı qaldım. Lazım olan məlumatları futbolçularıma çatdırdım. Əlimizdən gələni edəcəyik. Komanda sabahkı matça hazırdı.

- Sabahkı oyunun start heyətini müəyyənləşdirmisizmi?

- Mən bu sualı sonda gözləyirdim. Start heyətində Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Əfran İsmayılov, Dmitri Nazarov və Ramil Şeydayev yer alacaq.

- Düşünmürsüz ki, sabahkı oyunda əks-hücumlardan istifadə edib, rəqibi cəzalandırmaq olar?

- Sözsüz ki, biz almanların İngiltərə ilə oyununu izləmişik. Bundestimin futbolçularının hansı klublarda çıxış etdiklərini hamınız bilirsiniz. Həm ölkə çempionatında, həm də Çempionlar Liqasında çıxış edirlər. Rəşadın dediyi kimi, rəqib hər komponentdə güclüdü. Komandama tapşırıqlarımı vermişəm. Əsas odu ki, onlar çıxıb, öz oyunlarını göstərsinlər. Biz rəqibi təhlil etmişik və çıxış yolunu tapmışıq. Rəqibimiz dünya çempionu olmasına baxmayaraq, sabah onları asan oyun gözləmir.

- Komandanın ümumi fiziki durumu necədi? Bir də futbolçularımızın özünü yaxşı tərəfdən göstərməsi üçün nə lazımdı?

- Mən uşaqların fiziki durumundan həmişə razı qalmışam. Onlar bütün bacarıqlarını hər dəfə göstəriblər. Mən də futbolçu olmuşam. Bu cür rəqibə qarşı oynamaqdan böyük motivasiya ola bilməz. Stadion azarkeşlərlə dolu olacaq.

- Bizim ən böyük problemlərimizdən biri “ikinci mərtəbə”də zəif oynamağımızdı. Sabahkı matçda bununla bağlı nəsə fikirləşmisizmi?

- Almaniya yığması təkcə hava ötürmələri ilə yox, bütün komponentləri ilə güclüdü. Buna baxmayaraq, futbolçularımın sabah əlindən gələni edəcəyinə əminəm.

- Heyətdə görmək istədiyiniz, lakin cəlb edə bilmədiyiniz futbolçu varmı? Ruslan Abışov və Namiq Ələsgərov nümunəsini misal göstərmək olar...

- Sizin suallarınıza həmişə açıq cavab verirəm. Bəli, belə problemlərimiz var. Namiq Ələsgərov zədəli olduğu üçün sabah meydana çıxa bilməzdi. Maksim Medvedevin fiziki durumu onun oynamasına imkan vermir. Ruslan Abışovla bağlı nəsə etməyə çalışsaq da, o da zədəsi ilə əlaqədar olaraq, Almaniya ilə görüşü buraxacaq.

- Bu suala keçmiş futbolçu kimi cavab verməyinizi istərdik. Kamran Ağayevin Portuqaliyada problemi nədən ibarətdi?

- Bizimlə müqayisədə almanlarda belə problem yoxdu. Səlahəti çağırmaq istəyirdim, amma zədə aldı. Anar “Zirə”də çox oynamır. Kamran təcrübəli qapıçıdı, uzun illərdi ki, millidə oynayır. Təcrübə baxımından digərlərini üstələyir. O ki qaldı oynamamağına, bunu özündən soruşsanız, yaxşıdı. Futbolçu həmişə məşqçini günahkar bilir. Amma yenə deyirəm ki, Kamran yaxşı qapıçıdı. Bunu seçmə mərhələnin əvvəlki oyunlarında da sübut edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail