Emin Mahmudov: "Hər şey edə bilərik" - MÜSAHİBƏ

26.03.2017 | 2805 dəfə oxunub

Millimizin və "Boavişta"nın futbolçusu Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib: 

- Azərbaycan millisindəki ilk oyununuzu necə xatırlayırsan?

- Debüt matçım ötən il San Marino ilə qarşılaşmaya təsadüf edib. Əvvəllər Rusiya millisinin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etmişdim. İkili vətəndaşlığım var.

- Milli komandanı dəyişməyinə nə səbəb oldu?

- Rusiyanın U-15 millisindən başlayaraq 21 yaşadək yığmalarında çıxış etmişəm. Ancaq sonradan Azərbaycan millisindən gələn təklifi qəbul etdim. Burada artıq 3 oyuna çıxmışam.

- Uyğunlaşmaqda problem olmadı?

- Hər hansı bir problem olmadı. Qısa zamanda uyğunlaşa bildim. Düzü, Rusiyada da çıxış etmək mənə rahat idi. Ancaq indi də hər şey qaydasındadı. Azərbaycan millisində özümü rahat hiss edirəm. Baş məşqçimiz texnikalı futbola üstünlük verir. Bu da mənə uyğundu.  

- Bəs, Almaniya ilə oyundan nə gözləyirsiz?

- Bizi çətin oyun gözləyir. Almanlar dünyanın ən güclüsüdür. Bunu heyətlərinə baxarkən də bilmək mümkündür. Buna görə də üzərimizdə təzyiq yoxdu. Belə olan halda hər şey edə bilərik. Bütün oyunlara qələbə üçün çıxırıq. Zamanla inkişaf edirik. Bunun üçün səbrli olmaq lazımdı.

- Ən böyük arzun nədi?

- Milli komanda ilə Avropa və dünya çempionatının final mərhələsində çıxış etmək.

- Portuqaliya Avropa çempionu olanda nə hiss etdin?

- Finalda Portuqaliyaya azarkeşlik edirdim. Çünki Kristiano Ronaldonu çox bəyənirəm. Öz üzərində daim işləyən və hazırkı səviyyəsinə layiq olan bir futbolçudu. Bir gün ona qarşı oynamaq ən böyük arzularımdan biridi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail