Qara Qarayev: "İkinci qolu heç nədən buraxdıq" - MÜSAHİBƏ

27.03.2017 | 3288 dəfə oxunub

Azərbaycan millisinin futbolçusu Qara Qarayev DÇ-2018-in Almaniyaya qarşı oyunundan (1:4) sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Çətin olacağını gözləyirdik. Hər kəs də bilirdi ki, dünya çempionlarına qarşı oynayacağıq. Almaniya yığmasına həyəcanlı anlar yaşada bildik. Elə olurdu ki, onların qapısı ağzında pressinq edirdik. Düşünürəm ki, bunu bacara bilmişiksə, daha yaxşı yerlərə layiqik. 

- Düşünürsən ki, oyunun qırılma anı ikinci qolu qapınızda gördüyünüz an idi?
- Bəli, mən də elə düşünürəm. İkinci qolu heç nədən buraxdıq. Əfran İsmayılov önə doğru atılanda müdafiəmiz öz yerini itirmişdi və əks hücumda hesabı açdılar.

- Əfran İsmayılov həmin epizodla bağlı nəsə dedi sizə?
- Cavid Hüseynova ötürmə etmək istədi. Ancaq ötürmə ünvanını tapmadı, topu itirdik. Bu, normal haldır. Biz belə halları nəzərə alıb diqqətli, daha ciddi olmalıydıq. Çünki Almaniya sürətli əks hücuma çıxan və bu şansları dəyərləndirən bir komandadır. 

- Bu gün daha inamlı görünürdün. Rəqib futbolçuları bir neçə vəziyyətdə gözəl hərəkətlə keçdin. Bu, baş məşqçinin tapşırığı idi?
- Millidə göstərdiyimiz oyunlar bizi daha yüksək yerlərə çıxara bilər. Belə oyunlara xüsusi hazırlaşıram. Bacardığım qədər yaxşı oynamağa çalışıram. Bu gün oyunumun alınmadığını düşünürəm. Səhvlərim çox idi.

- Millimizin heyətində ən yaxşılardan biri idin. Ancaq təvazökarlıq edib yaxşı oynamadığını deyirsən..
- Bu, mənim işimdir. Çalışıram ki, işimə vicdanla yanaşım. Mən bir oyunda beş qol vursam belə, yaxşı oynadım deməyəcəm. Əksiklərim, çatışmazlıqlarım var idi. 

- Riçard Almeyda bu matçda oynasaydı, hesab fərqli ola bilərdi?
- Belə şeylər danışsam, indi oynayan komanda yoldaşlarımın haqqına girmiş kimi olaram. Rahid Əmirquliyev də, Cavid Hüseynov da bu gün işinin öhdəsindən gəldi. Amma Riçard olsaydı, əlavə güc verə bilərdi bizə.

- Rövnəq Abdullayev görüşdü sizinlə?
- Xeyr. Yəqin ki, görüşəcək. Amma Elxan Məmmədovla görüşdük.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail