Qara Qarayevə Almaniya və ispaniyadan təklif var

27.03.2017 | 5275 dəfə oxunub

Azərbaycan millisinin və "Qarabağ" komandasının futbolçusu Qara Qarayev Avropanın aparıcı çempionatlarından çıxış edən klublardan təklif alıb.
 
Stadium.Az xəbər verir ki, bu barədə "Report"a AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru Riad Rəfiyev açıqlama verib. 

Federasiya rəsmisi bildirib ki, 25 yaşlı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsində və 2018-ci il dünya çempionatının seçmə qrup matçlarında sərgilədiyi oyunla əcnəbi skautların diqqətini cəlb edib.

Rəfiyev onun xarici kluba keçidi ilə bağlı duruma cari mövsüm başa çatdıqdan sonra aydınlıq gələcəyini söyləyib: "Mövsüm başa çatmadığından və futbolçunun "Qarabağ"la müqaviləsi davam etdiyindən, hələlik ad çəkmək düzgün deyil. Lakin Avropanın bəzi ölkələrindən Qarayevlə maraqlananlar var. Bu, Almaniya da ola bilər, İspaniya da, Portuqaliya da. Hələlik nəsə demək tezdir. Onlar AFFA ilə əlaqə yaradaraq, yalnız Qarayevlə maraqlanıblar. Futbolçunun keçidinin baş tutacağı ilə bağlı qəti söz deyə bilmərəm".

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçi də ötən gün Almaniya ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra təşkil edilən mətbuat konfrasında Qara Qarayevin Avropanın güclü çempionatlarında oynamalarını istədiyini bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail