"Qəbələ" yubiley istəyir

29.03.2017 | 3215 dəfə oxunub

Martın 30-da Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. Stadium.Az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk oyununu səfərdə keçirəcək “Qəbələ” Bakıda “İnter”lə qarşılaşacaq.

Ölkə kubokunda 12-ci mövsümdür mübarizə aparan “qırmızı-qaralar” üçün “İnter Arena”dakı matç 51-ci olacaq. Bunadək 24 görüşdə qələbə qazanan komanda səfər matçına yubiley uğuru üçün çıxacaq. 25-ci qələbənin astanasında olan “Qəbələ” kubokda 17 heç-heçə edib və 9 dəfə uduzub. Rəqib qapılarına 79 dəfə yol tapan futbolçular 80-ci topu “İnter”in qapısından keçirə bilər. Əvvəlki 50 görüşdə rəqiblər 42 qola sevinib.

Bu, “Qəbələ”nin tarixində 5-ci yarımfinal dueli olacaq. İndiyədək 4 dəfə finalın bir addımlığında olan “qırmızı-qaralar” bir dəfə həlledici görüşə vəsiqə qazanıb. 2013/14 mövsümündə komanda “Xəzər Lənkəran”ı yarımfinalda dayandırıb – 3:0, 1:1.

Klub tarixinin ilk dəfə 1/2 finala çıxması isə 2007/08 mövsümünə təsadüf edib. Həmin vaxt da rəqib Lənkəran təmsilçisi olsa da, mərhələni cənublular keçib – 1:3, 1:1.

Bir il sonra isə “Qəbələ” indiki rəqib “İnter”lə finalın bir addımlığında qarşılaşıb. Onda hər komanda öz meydanında qələbə qazanıb və finala bakılılar yüksəlib – 0:5, 2:0.

Ötən il isə Roman Qriqorçukun yetirmələri yarımfinalda “Neftçi” səddini keçə bilməyib – 1:1, 1:1, pen. 3:4. 

Bu mərhələdə 2 qələbə qazanıb, eyni sayda uduzub, 4 dəfə heç-heçə edən komandamızın məğlubiyyətsiz seriyası da diqqət çəkir. Belə ki, penaltilər seriyası nəzərə alınmasa, yarımfinaldakı son 5 matçda “Qəbələ” uduzmayıb. Son üç görüşdə isə 1:1 hesabı qeydə alınıb.

Ümumilikdə isə “qırmızı-qaralar” 9 oyundur kubokda uduzmur. Son yenilgi 2015-ci il martın 4-də qeydə alınıb. 2014/15 mövsümünün 1/4 finalında “Simurq”a 0:3 hesabı ilə məğlub olandan sonra “Qəbələ” 5 qələbə qazanıb, 4 heç-heçə edib. 

Səfərdə qazanılacaq qələbə daha iki yubileylə əlamətdar ola bilər. Bu, klub tarixində rəqib meydanlarında ümumilikdə 80-ci, kubokda 10-cu qələbə kimi tarixə düşəcək. Belə ki, indiyədək səfərdəki 217 oyunda 79 dəfə qalib gələn komanda kubok yarışındakı 22 matçda 9 dəfə sevinib.

“Qəbələ” 1/8 finalda “Zaqatala” (2:2, pen.4:1), 1/4 finalda AZAL-ı (2:1, 1:0) mübarizədən kənarlaşdırıb



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail