Millinin baş məşqçisi: "Bir gün əvvəl futzalçılar bundan şikayətlənirdilər"

30.03.2017 | 2469 dəfə oxunub

İlk 5 dəqiqə ağır keçdi, oyunçularda həyəcan var idi. Bu da ağır məşqlərin nəticəsidir". Stadium.az xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi Biro Jade Moldovaya 6:1 hesabı ilə qalib gəldikləri yoxlama matçından sonra deyib.

"Oyuna qədər gündə 2 dəfə fiziki məşqlər keçirdik. Hətta matçdan bir gün əvvəl futzalçılar bundan şikayətlənirdilər. Onlar yorğun olduqlarını, ayaqlarını hiss etmədiklərini deyirdilər. Bu da təbii haldır" - deyə o bildirib.

B.Jade meydanda dinamik, hərəkətli olduqlarını söyləyib: "Standart vəziyyətləri realizə edə bilməmiz məni narahat etdi. Bəzi epizodlar zamanı gecikirdik, topu düzgün saxlaya bilmirdik. Halbuki bunun üzərində işləmişdik. Amma meydanda dinamik, hərəkətli olmağımız xoşuma gəldi. Bunun sayəsində sürətli hücumlar qurduq. Heyf ki, yaratdığımız epizodları realizə etməkdə çətinlik çəkdik".

Millimizin baş məşqçisi növbəti oyunda müəyyən dəyişikliklər edəcəyini vurğulayıb: "Artıq hər şeyi özümüz üçün dəqiqləşdirməliyik. Rəsmi oyunlara az vaxt qalıb”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail