Zaur Svanadze: "İkinci qolu rəqibə hədiyyə etdik"
“İlk hissədə yaxşı oynadıq. Bir neçə qol epizodlarımız oldu. Onlardan birində də rəqib qapısına yol tapdıq”. Stadium.Az xəbər verir ki, bu sözləri Bakı “İnter”inin baş məşqçisi Zaur Svanadze ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Qəbələ”yə 1:3 hesabı ilə uduzduqları görüşdən sonra deyib.
Gürcü mütəxəssis fasilədən sonra komandasının zəif oynadığını bildirib: “Fasilədən sonra zəif çıxış etdik. İkinci qolu rəqibə hədiyyə etdik. 1:2-dən sonra komanda sanki sındı. Belə vəziyyətdə “Qəbələ” kimi komandaya qarşı mübarizə aparmaq çətin idi. Eləcə üçüncü qol da rəqibə hədiyyə idi. Artıq növbəti oyunları düşünməliyik”.
Svanadze müdafiəçilərdən razı qalmadığını qeyd edib: “Bu məğlubiyyətdən sonra finala yüksəlmək şansımız çox deyil. Lakin sona qədər mübarizəmizi davam etdirəcəyik. Səfərdə işimiz çox çətin olacaq. İlk yarıda müdafiəçilər pis təsir bağışlamadılar. Amma sonradan kobud səhvlər buraxdıq. Bu gün heyətlə bağlı da problemlərimiz var idi. Ehtiyat oyunçular skamyasına baxanda demək olar ki, heç kimi görmürsən. Mövsümü eyni heyətlə keçiririk. Uşaqlar yorulublar. Qış fasiləsindən sonra komanda zəifləyib. İki aparıcı futbolçunun gedişi bizə mənfi təsir göstərib”.
“İnter”in çalışdırıcısı Zurab Xizanaşvilinin bu gün start heyətindən kənarda qalmasını onun son məşqlərdən bir neçəsini kənardan izləməklə əlaqələndirib.
Svanadze yeni mövsümdən “İnter”i Mahmud Qurbanovun çalışdıracağı haqda iddiaları da cavablandırıb: “Bu barədə məlumatsızam. Mətbuatda yazılanlardan xəbərsizəm. Bizim məqsədimiz avrokuboklara vəzisə qazanmaqdır. Sonra necə olacağını isə zaman göstərcək. Komanda kimi mən də yorulmuşam”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |