"2:0 çox da etibar ediləcək hesab deyil" - Qurban Qurbanov:

30.03.2017 | 3194 dəfə oxunub

“Qarabağ” bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Neftçi”yə 2 cavabsız qolla qalib gəldi. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqisi Qurban Qurbanov qələbə haqda belə danışıb:

“Bu gün bəlkə də, mövsümün ən yaxşı oyunlarından biri oldu. Hər iki komanda düzgün oynamağa çalışdı. Mən deməzdim ki, rəqib zəif onadı. Həm onların, həm bizim qol imkanlarımız oldu. Olardan fırqi olaraq biz bundan yararlandır. 2:0 çox da etibar ediləcək hesab deyil. Biz finala çıxmaq istəyiriksə, evdəki oyunda daha yaxşı oynamalıyıq.

Bu stadionda oynamaq hər bir futbolçu üçün xoşdu. Hər iki komandanın azarkeşləri möhtəşəm idi. Burda futbolçular oynamaqdan yorulmurlar. Həm də yaxşı futbol havası vardı. Yəqin buna görə sürətli futbol izlədik”.

- Volkan Dəmirəlin “Qarabağ”a keçidi ilə bağlı xəbərlər yayılıb...

- Belə bir məlumat yoxdur. Heç vaxt onunla danışıq aparmamışıq.

- Qara Qarayevi sağ cınah müdafiəçisi kimi oynatdınız. Bunun səbəbi nə idi?

- Bəli, müdafiəçi çatışmazlığımız var idi. Daha əvvəl, hazırlıq dönəmində Qaranı müdafiəçi kimi oynatmışam. Arxa xətdə çatışmazlıqlar olduğu üçün bu gedişə əl atdıq.

- “Neftçi”nin oyunda nəyisə dəyişməyə gücü çatmadı?

- Belə deməzdim, sona qədər mübarizə apardılar, ola bilər bəxtləri gətirmədi. Sona kimi bizə problem yaşatdılar. Ayrılıqda heç bir oyunçuları məğlub olub, ruhdan düşmədilər. Hiss olunurdu ki, oyuna yaxşı köklənmişdilər. Fikrimcə, cavab matçında daha istəkli olacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail