“Qarabağ”dan 5-ci, “Neftçi”dən ilk

17.04.2017 | 3636 dəfə oxunub

Premyer Liqasının 2016/17 mövsümünün XXVI turunda iki böyükhesablı nəticə qeydə alınıb. Stadium.Az öncə “Neftçi” paytaxt derbisində AZAL-ı 4 cavabsız qolla məğlub edib.

Bu, mövsümdə 10-cu dəfə belə nəticə olub. Sonuncu dəfə 2 il 6 ay əvvəl – 2014-cü il noyabrın 2-də elə AZAL-la matçda belə uğura sevinən (4:0) “ağ-qaralar” mövsümdə ilk belə qələbəsini qazanıb. “Ağ-qaralar” cari mövsümdə mükafatçılar sırasına düşməyən komandalar arasında yeganə komandadır ki, belə qələbə qazanıb. Əvvəlki böyükhesablı qələbələrin hamısı ilk “üçlük”də qərarlaşan və mükafatı təmin edənlərin hesabındadır.

Turun ikinci günündə “İnter”i 3:0 hesabı ilə yenən “Qarabağ”  mövsümün 11-ci, özünün 5-ci uğuruna imza atıb. “Qəbələ” 3, “İnter” 2, “Neftçi” 1 dəfə 3 və ya daha çox top fərqilə qalib gəlib. “İnter” isə mövsümdə ilk dəfə belə fərqlə uduzub. Ağır məğlubiyyət alan klublara gəlincə isə AZAL 4, “Neftçi” 3, “Sumqayıt” 2, “Kəpəz”, “İnter” 1 dəfə üzülüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail