"Neftçi"nin muzeyi açıldı

22.04.2017 | 4807 dəfə oxunub

Bu gün “Neftçi” PFK-nın muzey və fanşop layihələri həyata keçirilib. Stadium.Az xəbər verir ki, görüşə AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki və veteran futbolçular qatılıblar.

“Neftçi”nin muzeyi iki otaqdan ibarətdir. Muzeyi ziyarət edənlər ilk otaqda komandanın yaranma tarixi ilə tanış ola bilərlər. Burada “Neftçi”nin yaranma tarixi ilə bağlı maraqlı məlumatlar, şəkillər və həmin dövrlərə aid eksponatlar (top, buts) yer alıb. Girişdə qonaqlar klubun SSRİ çempionatlarında geyindiyi formalar və müstəqillik dövründə qazanılmış kubokları (“Birlik kuboku”, çempionluq kuboku, ölkə kuboku) görə bilərlər. 1966-cı ilə aid stenddə komandanın SSRİ çempionatında qazandığı bürünc medal, həmçinin, həmin mövsüm mükafatlara layiq görülmüş əfsanəvi heyəti haqqında məlumatlar var.

“Neftçi” PFK-nın muzey və fanşopu mayın 1-dən ictimaiyyətin ixtiyarına veriləcək. Muzey və fanşop oyun və bazar günləri istisna olmaqla, hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək. Muzeyə girişin qiyməti 2 AZN olacaq. 7 yaşadək uşaqların girişi ödənişsizdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail