Avropa çempionumuzdan inamlı sıçrayış

24.04.2017 | 3589 dəfə oxunub

Beynəlxalq Cüdo Federasiyası reytinq siyahısını yeniləyib. Stadium.az xəbər verir ki, Avropa çempionatının yekunlarına əsasən müəyyənləşən cədvəl Azərbaycan millisi üçün uğurlu alınıb.

Belə ki, qitənin ən güclüsü adını qazanan Hidayət Heydərov 73 kq çəki dərəcəsində 16 pillə irəliləyib. O, 7-ci yerə yüksəlib. Bu siyahıya son aylarda olduğu kimi, yenə Rüstəm Orucov başçılıq edir. Olimpiya mükafatçımız Avropa çempionatında bürünc qazanmaqla yerini daha da möhkəmlədib.

Çempionatı 3-cü yerdə bitirən Orxan Səfərov (60 kq) da liderliyini qoruyub. Avropa çempionumuz Elxan Məmmədov (100 kq) isə mövqeyini daha da yaxşılaşdırıb. Həmyerlimiz 2 rəqibini arxada qoymaqla, 4-cü yerə qalxıb. Polşada keçirilən yarışda fəxri kürsünün 3-cü pilləsinə qalxan millimizin təcrübəli idmançısı Nicat Şıxəlizadə (66 kq) də cəmi 3 cüdoçudan geri qalır. O, 1 pillə yuxarı qalxıb.

Digər aparıcı cüdoçularımıza gəlincə, Uşanqi Kokauri (+100 kq) 1, Tural Səfquliyev (90 kq) 4 rəqibini qabaqlayıb. Onlar müvafiq olaraq, 18-ci və 23-cüdü. Elmar Qasımov (100 kq) yenə 1-ci, Rüfət İsmayılov (81 kq) 15-cidi. Xanım cüdoçularımızdan Aişə Qurbanlı (48 kq) da xal hesabını artırmaqla, 30-cu yerə qalxıb.

Onlardan fərqli, Məmmədəli Mehdiyev (90 kq) 1, İlqar Müşkiyevlə (60 kq) Tərlan Kərimov (66 kq) hərəyə 3 pillə aşağı düşüblər. Onlar müvafiq olaraq, 12-ci, 29-cu və 62-ci yerə eniblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail