Svanadze: "Məğlubiyyətə hazır idik"

24.04.2017 | 4168 dəfə oxunub

“Qəbələ” – “İnter” (4:3) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Zaur Svanadze jurnalistlərin suallarını cavablandırıb: 

"Düzü, bizə ilk hissədə çətin idi. Məğlubiyyətə hazır idik. Komandamızda itkilər çoxdur və zədələr imkan vermir. Uşaqlar yorğun idi. Nəticədən məmnunuq. Bürünc medal qazanmaq yaxşı göstəricidir. Növbəti oyuna hazırlaşacağıq. Sonrası nə olacaq, ona da baxarıq".

Svanadze bir çox futbolçuların komandanı tərk edəcəyini deyib:

"Futbolçularımı istəyirlər. Nizami Hacıyev 99 faiz “Neftçi”dədi. Səlahət Ağayev deyilənə görə, artıq müqavilə bağlayıb. Tərlan Quliyev də yəqin ki, "Neftçi"yə keçəcək. Bəzi futbolçular dəqiq gedəcək. Unutmamışdan qabaq təşəkkür etmək istəyirəm. Bu işi Nikolov başladı. Ondan sonra gələn bütün rəhbərlik komanda üçün çalışıb. Hamı əziyyət çəkib. Ümid edirəm bundan da yaxşı olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail