Emin Mahmudov yenidən Rusiyada oynaya bilər

28.04.2017 | 3376 dəfə oxunub

Aleksandr Manyakov meneceri olduğu millimizin və "Boavişta"nın futbolçusu Emin Mahmudov barədə  Rusiyanın “Sovetski Sport” nəşrinə müsahibə verib. 
 
- İddia edilir ki, Emin mövsümün sonunda “Boavişta”nı tərk edəcək.

- Eminin portuqal klubu ilə hələ 1 il müqaviləsi var və heç kim onu qovmur. Ancaq reallıq budur ki, onun oyun praktikası azdır, buna görə də başqa kluba keçmək ehtimalı mümkündür. Hətta yenidən Rusiyaya da qayıda bilər. Görək, vəziyyət necə olacaq. Komandada Eminin mövqeyində çox təcrübəli oyunçular çıxış edir. Biri kapitan, digəri vitse-kapitan. Mahmudov əlinə düşən şanslardan istifadə edib. Qol da vurub, ötürmə də verib, ancaq hər bir halda o, ehtiyat oyunçu hesab olunur. Məşqçinin qərarı belədir, bu barədə şərh vermək istəmirəm.
 
- Emin Avropada qalmaq istəyir?

- Onun üçün prinsipial məsələ daimi oyun praktikasıdır. İlk olaraq əlbəttə ki, o, Portuqaliyadan gələcək təklifləri dəyərləndirəcək. Artıq ailəsi də onunla birlikdədir və ölkəni çox sevirlər. Həyat şərtləri orda yetərincə yaxşıdır. Əla çempionatdır. Biz ya onun transfer hüququnu “Boavişta”dan alacaq, ya da icarəyə götürəcək variantlar axtarırıq. Əgər Portuqaliya alınmasa, Rusiyadan gələn təkliflərə baxacağıq.
 
- Eminin mövsümün sonuna qədər yenə forma şansı qazana biləcəkmi?

- Son oyunda o, start heyətində başladı. Meydanda olduğu müddətdə yaxşı oynadı. Əminəm ki, mövsümün son 5 oyununda o yenə şans qazanacaq. Əsas məsələ şanslardan istifadə etmək və sakitcə yeni mövsümə hazırlaşmaqdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail