Zədəli Elxan Məmmədov 10km qaçdı

30.04.2017 | 3366 dəfə oxunub

"Ötən il baş tutan marafonda da qaçmışdım, indi də iştirakçılar sırasında yer almışam. Yarış Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilir. Çox möhtəşəm layihədir. İnsanların ailə üzvləri ilə birgə burada olması sevindirici haldır”.

Stadium.az xəbər verir ki, bunu "Bakı Marafonu 2017”nin iştirakçıları sırasında yer alan AFFA-nın baş katibi Elxan Məmmədov deyib. E.Məmmədov bildirib ki, ardıcıl ikinci il keçirilən marafona olan maraq artmaqdadır. O, yarışa ötən il 8 min, bu il isə 13 mindən çox şəxsin qatıldığını vurğulayıb: "Bakıda sağlam həyat tərzinə üstünlük verənlərin sayı ildən-ilə artmaqdadır. Digər şəhərlərdə də oxşar yarışlar təşkil olunacaq. Burada əsas qalib gəlmək yox, iştirak etməkdir. Əslində insanın öz-özünə qalib gəlməsidir. Ötən il 21 kilometri 2 saat 7 dəqiqəyə qət etmişdim. Bu dəfə ayağımda zədə olmasına baxmayaraq 10 kilometr qaçdım”.

Bu gün baş tutan "Bakı Marafonu 2017”nin qalibləri Türkiyə vətəndaşları olublar. Kişilərdən Veysi Aslan, qadınlardan isə Yayla Kiriç Ali finiş xəttini birinci keçib ("Report").




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail